“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”

“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”
 
Bakıda 30-a yaxın qadını küçədə qucaqlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Rauf Süleymanovun məhkəməsi başlayır.

R.Süleymanov barəsində 2018-ci ilin sentyabrında başlanan cinayət işinin istintaqı artıq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əhməd Quliyevin sədrliyi ilə aparılacaq.
 

R.Süleymanov qeyd edilən tarixdə Xətai rayonunda səhər saatlarında yetkinlik yaşına çatmayan bir qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi üçün saxlanılıb. O‚ ifadəsi zamanı bu hərəkəti dəfələrlə törətdiyini etiraf edib. R.Süleymanov ilkin ifadəsində bildirib ki‚ 20-dən çox qadına hücum edib: "Şəhərdə mini ətək geyinən qızlar görəndə qucaqlayıram‚ sonra buraxıram. Təb gələndə özümü saxlaya bilmirəm”.

R.Süleymanov Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilir. Bu ittiham məhkəmədə sübuta yetirilərsə‚ R.Süleymanovu 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   B...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...