Səfir: 600-dən çox azərbaycanlı tələbələ hələ də Macarıstanda qalır

Səfir: 600-dən çox azərbaycanlı tələbələ hələ də Macarıstanda qalır
"Üç çətin, narahat gün arxada qaldı. Dünən axşam saat 20-də AZAL şirkətinin təyyarəsi fövqəladə vəziyyət elan edilmiş Macarıstandan 123 Azərbaycan vətəndaşını Bakıya apardı. Dövlət və hökumət təşkilatlarının operativ reaksiyasına, həssas münasibətinə sevindim”.

Sfera.az
xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib. Səfirin sözlərinə görə, o, insanlarımızın, xüsusən də gənclərimizin dar ayaqda göstərdikləri birlik və həmrəylik hissinə sevindim.

"Martın 16-da uçuşa 3 saat qalmış VİZZ-Air şirkətinin reysi ləğv olunanda aeroporta bu gecə vətənə yola düşəcəkləri üçün bəlkə son sentlərin də xərcləyən, vizalarının son günündən istifadə edən soydaşlarımız arasında bir çaşqınlıq yaranmışdı. Onları yerləşdirmək, çarter reysi gələnə qədər ən elementar tələblərini qarşılamaq lazım idi. Bu məqamda Budapeştdə təhsil alan tələbələrimiz yardıma qoşdular. Səfirliyin virtual müraciətindən sonra dərhal tanımadıqları həmvətənlərinə yer təklif etdilər, sadə süfrələrini onlarla bölüşdülər. Aralarında kiçik yaşlı uşaqların da olduğu idmançılara imkanımız daxilində daha artıq diqqət yetirməyə çalışdıq. Hər şey yaxşı sonluqla başa çatdı. Gənclərimiz göstərdi ki, biz gücük, güclü millətik. Onların hər birinə təşəkkür edirəm”.

V.Quliyevin sözlərinə görə, 600 nəfərdən çox tələbəmiz hələ də Macarıstanda qalır:

"Bu gün 600 nəfərdən çox tələbəmiz hələ də Macarıstandadır. Onları Səfirliklə daha intensiv əlaqə saxlamağa çağırıram. İnanıram ki, koronavirusa da, torpaqlarımızı işğal altında saxlayana haylara da qalib gələcəyik. Millətimiz çox şeyə qadirdir! Sadəcə hər təsadüfdə belə birlik, həmrəylik, kiçik də olsa fədakarlıq göstərmək lazımdır”.

OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...