Şagirdlər dərsi qavraya bilmir - Ev tapşırığı necə olmalıdır?

Şagirdlər dərsi qavraya bilmir - Ev tapşırığı necə olmalıdır?

Bəzi valideynlər ibtidai siniflərdə dərs proqramının ağırlığından, şagirdlərin həddindən çox yüklənməsindən narahatdırlar. Ya uşaq ev tapşırıqlarını çatdırmır, ya da tapşırığı qavramır. Məsələyə Təhsil Nazirliyi də münasibət bildirib.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, dərs proqramını nəinki şagirdlər, hətta valideynlər də başa düşmədiklərini deyirlər. Təhsil Nazirliyi isə proqramın dövrün tələbinə uyğun olaraq hazırlandığını qeyd edir. Nazirliyin məktəbəqədər və ümumitəhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd edir ki, istifadə olunan proqramın məqsədi əvvəlki proqramlardan fərqli olaraq şagirdlərin hafizəsindən daha çox təfəkkürünü inkişaf etdirməkdir.

Şagird və valideynləri narahat edən digər bir məsələ də ev tapşırıqlarının çox olması ilə bağlıdır. Bu da şagirdin fiziki olaraq da həddən artıq yüklənməsinə gətirib çıxarır.

Aydın Əhmədov ev tapşırıqları ilə bağlı məktəb və müəllimlərə həm yazılı həmdə şifahi tövsiyyələr göndərdiklərini bildirdi. Belə ki, ibtidai sinif şagirdinə ev tapşırığı verilməsi ümumiyyətlə tövsiyyə olunmur.

 

Şöbə müdiri növbəti təhsil proqramlarında səsləndirilən iradların nəzərə alınacağını bildirdi.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...