İdman

Ronaldo "Yuventus"a gedir? - VİDEO

Ronaldo
"Real Madrid”in hücumçusu Kriştianu Ronaldo "Yuventus” klubunun oynadığı İtaliyanın Turin şəhərində özünə ev axtarır.

Sfera.az xəbər verir ki, bu barədə "Marca” jurnalı yazıb. Nəşrin yazdığına görə, 33 yaşlı futbolçu İspaniyanı tərk etməyi planlaşdırdığı üçün İtaliyada axtarışla məşğuldur. 

Portuqaliya futbolçu keçən sezon ÇL-nın dörddə bir finalında "Yuventus”un qapısına vurduğu özündən aşırma qolunun yerli azarkeşlər tərəfindən alqışlarla qarşılandığını yaxşı xatırlayır. 

Qeyd edək ki, daha əvvəl Ronaldonun Madrid "Real”ından tamamilə getmək qərarı verdiyi xəbəri yayılmışdı. "Tuttosport”un yazdığına görə, "Yuventus” ildə 30 milyon avro olmaqla dörd illik müqavilə təklif edir.

Rəsul
Sfera.az
 




AdRiver

XƏBƏR LENTİ