Roma Papasından Xocalıda soyqırımı törədən ermənilərə məxfi məktub: \"İmkan olarsa...”

Roma Papasından Xocalıda soyqırımı törədən ermənilərə məxfi məktub: \
Keçmiş Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu qətliamı törədən ermənilərə məxfi məktub göndəribmiş.
 
Sfera.az xəbər verir ki, II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri "din uğrunda savaş” adlandırır və yazır: "İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm”.

"Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr...faktlar...” kitabında qeyd edilir ki, Roma Papası "din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalıda azərbaycanlıları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edir.

Məxfi məktubun göndərilməsindən 11 il sonra Papa İrəvana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarına gül düzür. Halbuki İrəvana səfərindən bir il öncə Azərbaycana gəlmiş Papa eyni mövqeyi Bakıda sərgiləmir. Təkcə "bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətlənir.

II İohan Pavel: 18 may 1920-ci ildə Polşanın Vadovitse şəhərində doğulub. 1938-39-cu illərdə Karakovdakı Yagellon Universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyub. 1946-cı ildə keşiş rütbəsi alıb. 1958-ci ildə yepiskop rütbəsinə yüksəlib. 1963-cü ildə Krakov arxiyepiskopu təyin edilib. II İohan Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olub. Ermənistana səfərindən iki il sonra – 2005-ci ilin 2 aprel tarixində Vatikanda vəfat edib.(Publika.az)


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...