Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
Azərbaycan Prezidentinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları 2018-ci ilin dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi baxımından önəmli bir il olduğunu qeyd edərək bu işdə qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb, qarşıdakı illərdə də əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
 

OXŞAR XƏBƏRLƏR

Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI

Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri mayın 7-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqların...

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Ölkənin birinci Bankı Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu. Laçın şəhəri, Heydər Əliyev küçəsi 87 ünvanında fəaliyyətə başlayan filialın açılışınd...

Banklar hər hərracda 70-80 milyon dollar alır - Səbəb nədir?

Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında dollara olan tələbin həcmində son günlər sabitləşmə müşahidə edilir.  Sfera.az xəbər verir...

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.   Sfera.az-ın xəbərinə görə, b...

Braziliyada ölənlərin sayı ARTDI

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 84-ə yüksəlib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.   ...

Əli Əsədov Ankarada Anıtqəbiri ZİYARƏT  - FOTO

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyənin banisi Mustafa Kamal Atatürkün dəfn olun...