Bu halda kartınızdakı pullar oğurlana bilər - DİN-dən XƏBƏRDARLIQ!

Bu halda kartınızdakı pullar oğurlana bilər - DİN-dən XƏBƏRDARLIQ!

Yay mövsümünün gəlişi ilə bağlı müxtəlif işbazlar tərəfindən vətəndaşın etibarından sui-istifadə etməklə dələduzluq halları müşahidə olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov məlumat verib. O bildirib ki, həmin işbazlar tur paket satmaq, hotel bron etmək, həmçinin aviabilet almaq məqsədilə vətəndaşların pulunu mənimsəyirlər.

 

“Bu sferada kibercinayətkarlıq faktı da danılmazdır. Belə ki, tanınmış tur şirkətlərinin sayt interfeysini yaratmaqla vətəndaşlara ucuz qiymətə tur paketlər təklif oluna bilər. Şirnikləndirici vədə aldanıb linkə daxil olaraq bank kart məlumatlarını yazdıqda isə hesabdakı vəsait sıfırlanır”.

 

Zeyni Hüseynov qeyd edib ki, tur paket almazdan əvvəl mütləq araşdırma aparılmalı, inam bəxş edən turizm şirkətlərinə müraciət edilməli və şübhəli linklərə daxil olunmamalıdır.

 

“Vətəndaşlar dələduzluqla üzləşdikləri təqdirdə isə mütləq polis orqanlarına müraciət etməlidirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR