Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

7 may 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi, “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində seminar və mediatur təşkil edilib.

 

Sfera.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd media nümayəndələrini autizm haqqında məlumatlandırmaq və mərkəzdə autizmli şəxslərə verilən xüsusi təhsil xidməti ilə tanış etmək olub.

 

Maarifləndirmə seminarında çıxış edən Autizm Mərkəzinin mütəxəssisi Aynur Qəribova xəstəliyin əlamətləri, həmin şəxslərin təhsili və cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

 

Sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və media nümayəndələri Autizm Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

 

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirib ki, 10 ildir fəaliyyət göstərən Mərkəzin yeni binasının açılışı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub, hazırda mərkəzlərdə Princeton Uşaq İnkişaf İnstitutunun təlim modeli – ABA Terapiya (Tətbiqi Davranış Analizi) əsasında 100-ə yaxın autizmli uşaq və gəncə 50-dən çox mütəxəssis tərəfindən xüsusi təhsil verilir.

 

Qeyd edək ki, DOST Agentliyinin “Könüllü DOST” proqramının həyata keçirdiyi “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli uşaq və gənclərin, həmçinin DOST və Media könüllülərinin iştirakı ilə təkrar emal master-klasında hazırlanmış işlər nümayiş etdirilib.

 

Sonra onlar media nümayəndələri ilə birgə rəmzi ağacı rəngləyib.

 

Sonda Mərkəzin nəzdində fəaliyyət göstərən Kaşalata Kafedə Birliyin autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkilib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...