MN: "“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşüb"

MN:

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

 

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR