Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı ALINDI

Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı ALINDI

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

 

Sfera.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, V.Zelenskiyə sui-qəsd hazırlayan casus şəbəkəsi ifşa edilib.

 

Təfərrüatlar hələ ki açıqlanmayıb.

 

Məlumata görə, agentlər Ukrayna əks-kəşfiyyat və Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində ifşa edilib. Casusların fəaliyyətinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etdiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR