Ramil Quliyev Avropada ayın atleti mükafatına layiq görüldü

Ramil Quliyev Avropada ayın atleti mükafatına layiq görüldü

Hazırda Türkiyə millisini təmsil edən azərbaycanlı Ramil Quliyev Avropada ayın atleti mükafatına layiq görülüb. 

Bu, Avropa Atletika İttifaqının internet saytında keçirilən sorğu nəticəsində müəyyənləşib.

Səsvermənin yekununda 27 yaşlı sprinter avqustun ən yaxşı atleti sayılıb.

Qeyd edək ki, Ramil Quliyev ötən ay Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 200 metr məsafəyə qaçışda Türkiyəyə kişilər arasında ilk qızıl medalı qazandıraraq tarixə düşüb. O, İngiltərənin Birmingem şəhərində təşkil olunmuş Brilliant Liqada da eyni məsafəyə qaçışda qızıl, Almaniyanın paytaxtı Berlindəki İSTAF Oyunlarında isə 100 metr məsafəyə qaçışda gümüş medala yiyələnib.  

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. &...

Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər - Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olun...