Qurban Qurbanov \"Qarabağ\"ın Kiprdəki qələbəsi haqda

Qurban Qurbanov \
 

"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular".

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-i məğlub etdikləri (2:1) matçdan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Rəqibin gücü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib, cavab matçında daha hazırlıqlı olmalıyıq", - deyə Q.Qurbanov bildirib.

Xatırladaq ki, bu komandalar arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Fransa Prezidenti Emmanuel Makronun fikirləri yenidən gündəm olub. O, fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini i...

F-16 qırıcısı QƏZAYA UĞRADI

Sinqapurda F-16 qırıcısı qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb.   Məlumatda bildir...

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın məlumat...

İlham Əliyev dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir

Tolerantlığın tez-tez gündəmə gəlməsinin bir sıra səbəbləri mövcuddur. Bunlara dini qarşıdurmalar, dünyada geniş yayılan sosial gərginlikləri misal çəkə bilərik...

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir.   Sfera.az x...

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarılacağını elan edib.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb...