Qurban Qurbanov: \"Müdafiədə oynayan komandaya qarşı çıxış etdik\"

Qurban Qurbanov: \
"Bir xal qazandıq. Oyunda düşünmədiyimiz zədələr oldu. Müdafiədə oynayan komandaya qarşı çıxış etdik. Məğlub da ola bilərdik. Sanki hər şey bizə qarşı idi. Sonadək oyundan qopmadıq".

Sfera.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis rəqib baş məşqçi Aftandil Hacıyevi təbrik edib: "Futbolçularımı da təbrik edirəm ki, oyundan qopmadılar və bir xal qazandıq. Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var. Şahruddin üzündə zədə aldı. Baş hakim Əliyar Ağayev bizim yaxşı hakimlərimizdir. Siz nəyi görmüsünüzsə, biz də onu gördük".

Qurbanov klubun planlarından da danışıb: "Klub rəhbərliyi illərdir stabil büdcəni qoruyub saxlayır. Rəhbərlik bu adı sevirlər, bu ad üçün "Qarabağ"ı saxlayırlar. Hamı çox gözəl başa düşür ki, nəticəni istədiyiniz kimi əldə edə bilmirsən. Rəhbərliyin futbolla bağlı təcrübəsi çoxalıb. Birinci məqsəd klubu layiqincə yaşatmaqdır".

Baş məşqçi bu gün çoxlu qol imkanlarının yarandığını söyləyib: "Hər klub "Qarabağ"a qarşı böyük motivasiya ilə oynayır. Bir neçə topumuz dirəyə dəydi. Əslində belə nəticələrə sevinirəm. Klubların bizdən və "Neftçi"dən xal almağı futbolun inkişafı deməkdir. Qalib gəlmək gücündə idik, amma alınmadı. Gərginlik həmişə var. "Səbail"ə qalib gəlmək istəyirdik, amma alınmadı. Bəzən futbolçuları hazırlasaq da, həyəcan olur.

OXŞAR XƏBƏRLƏR

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...