“Qarabağ\" \"Hapoel\"in müdafiəçisini alır? - Klubdan AÇIQLAMA

“Qarabağ\
"Hapoel"in (Hayfa) müdafiəçisi Nisso Kapiloto "Qarabağ"da çıxış edə bilər.

Sfera.az bildirir ki, bu barədə İsrail mətbuatı xəbər yayıb. Bildirilib ki, Ağdam klubu 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Hətta klub nümayəndələrinin İsrailə gedərək, Kapilotonun oyununu izləmək istədikləri qeyd olunub. Əgər transfer baş tutsa, "Qarabağ" buna görə İsrail klubuna pul ödəməyəcək. Çünki futbolçunun "Hapoel"lə müqaviləsi yayda başa çatacaq və o, yeni komandasına azad agent kimi keçəcək.

İsrail mətbuatında çıxan xəbərlə bağlı "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. N. İbrahimov saytımıza açıqlamasında məlumatı təkzib edib: "Düzdür, bizim skautlarımız il ərzində bəzi futbolçuları izləyirlər. Amma Nisso Kapilotonun adını ilk dəfə sizdən eşidirəm".

Qeyd edək ki, Tel-Əviv "Makkabi"sinin yetirməsi olan Kapiloto vətənində "Aşdod", "Hapoel" (Akko), "Beytar" klublarının formasını geyinib. Karyerası ərzində legioner həyatı da yaşayan müdafiəçi Kiprin "Alki" və İsveçrənin "Sent-Qallen" klublarında çıxış edib. Kapiloto İsrailin aşağı yaş qrupları üzrə bütün yığmalarında oynasa da, əsas milliyə çağırılmayıb.(Qol.az)

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...