“Qarabağ”-“Çelsi”: qələm əhlindən - Proqnoz

“Qarabağ”-“Çelsi”: qələm əhlindən - Proqnoz

Bu gün saat 22:45-də Avropa Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ” "Çelsi” klubu ilə ilk oyununa çıxacaq.

Sfera.az axşam baş tutacaq oyunla bağlı qələm əhlinin  proqnozlarını öyrənib:


Fins.az-ın redaktoru Əli Əhmədov: "Fikrimcə, bu dəfə Çelsi tərəfdən rəqibi yetərincə qiymətləndirməmək, Qarabağda isə həddən artıq ehtiyatlılıq kimi səbəblər ola bilər. Doğrudur, ÇL peşəkarların yeridir vəı burada təsadüfi komandalar olmur, bunu da bütün rəqiblər bilir. Amma istənilən halda Çelsi Qarabağı qiyməbən zəif rəqib hesab edəbi sayıqlığı itirə bilər. Bundan başqa, bəzi oyunçular Qarabağda yeni olduğuna görə, qarşı tərəfdə onların imkanları, eləcə də oyundakı funksiyaları bərədə geniş məlumat olmayacaq. Qarabdağda isə vəziyyət tamam əksinədir – Çelsinin bütün oyunçuları tanınır, onların imkanları mövqeləri və funksiyaları məlumdur. Bundan başqa, ilk dəfə qatıldıqları turnir olduğuna görə, Qarabağ oyunçularında motivasiya qarşı tərəfdən qat-qat artıq olacaq. Məncə bu axşam baş tutacaq oyunda hesab 1:1 olacaq”


Milli.az saytının əməkdaşı İlkin İzzət: "Düşünürəm ki, "Qarabağ" əzmlə mübarizə aparacaq və sonadək döyüşərək oynayacaq. Düzdür, "Qarabağ"ın Londonda "Çelsi"yə qarşı qələbə qazanmasını gözləmək sadəlövhlük olardı, amma əgər möcüzə sözü varsa, deməli, o baş verir. Mən "Qarabağ" komandasından Londondan qələbə ilə, ən azında xalla dönəcəyininə inanıram, amma buna o qədər də əmin deyiləm. Bütün hallarda oyunşularımızdan Azərbaycanın, Qarabağımızın adına yaraşan oyun, hücum futbolu, əzmkar mübarizə gözləyir və bütün komandaya uğurlar arzulayıram!”


Azvision.az saytının redaktoru Anar Rüstəmov: "”Qarabağ” "Çelsi” oyunu haqda deyə bilərəm ki, ikisi də mənim sevimli komandamdır. Təbii çox istərdim "Qarabağ” qalib gəlsin. Amma qəbul edək ki, rəqibimiz çox güclüdür. Londonda qələbə qazana bilməsək də, ümid edirəm Bakıda qələbə bizim olacaq. Proqnozum təəssüf ki, "Çelsi” 2:0 "Qarabağ””


Ölkə.az-ın reportyoru Səxavət Məmməd: "Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək böyük uğurdur. Çempionlar Liqası Avropanın böyük klublarının boy göstərdiyi bir yerdir. "Qarabağ"ın belə böyük turnirdə iştirak edəcəyi mənə hələ də yuxu kimi gəlir. Çünki bu klubun çox çətin zamanlarının şahidiyəm. Ağcəbədidə çadır şəhərciyində yaşayırdıq, bir gün xəbər gəldi ki, "Qarabağ" maddi cəhətdən çox çətin bir durumdadır, Quzanlıda klubu saxlamaq üçün pul yığırlar. Çadırda yaşayan insanlar klubun ayaqda qalması üçün sözün əsl mənasında boğazından kəsib kluba yardım edirdi. Yadıma gəlir, hazırlıq müəllimimizə verəcəyimiz pulu aparıb, klubun ayaqda qalması üçün vermişdim. O vaxt yaşamağa çalışan klub, indi Çempionlar Liqasında oynayacaq. Bu o zaman necə yuxu idisə, indi də yuxu kimidir. "Qarabağ" doğulduğum Ağdam rayonunu təmsil edir. Ağdam isə bildiyimiz kimi ermənilər tərəfindən işğal edilib. Bütün dünya işğal edilmiş rayonun klubunu izləsin. Bundan haradasa bir təsəlli tapırıq. "Çelsi" haqında danışmağa dəyməz. Dünyanın ən güclü klublarından biridir. Açığı hesabın neçə olacağı barədə düşünməmişəm, maraqlı da deyil, çünki "Qarabağ" oynayır. Hesab biabırçı da olsa, yenə sevinəcəm”.

Qeyd edək ki, "Çelsi” - "Qarabağ” matçı bu gün saat 22:45-də başlayacaq.

Gülnarə Eynullaqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...