Qan xəstələri üçün müayinələrin qan bahasına başa gəldiyi klinikaddan ŞİKAYƏT

Qan xəstələri üçün müayinələrin qan bahasına başa gəldiyi klinikaddan ŞİKAYƏT

Nəbi Nəbiyev adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb. Sfera.az şikayətçinin paylaşımını oxucularına təqdim edir:


"Şikayətim S. S. Axundov küçəsi 141 ünvanında yerləşən İstanbul Klinikasındandır. Deməli, martın 11-də xeyriyyə qrupu olaraq qan xərçəngindən, həmçinin epilepsiyadan əziyyət çəkən bir uşağı İstanbul Klinikasına, ali dərəcəli nevropatoloqun qəbuluna yolladıq. Qəbula yazılanda 100 manat ödəniş aldılar. Heç bir tarixi, fiksal nömrəsi, klinika haqqında rekvizitlərİ olmayan, əllə yazılmış kağız parçası (qəbz) verdilər. Üstünə "ödənilib" möhürü vurdular.

Həmin qəbz mənə göndərildikdən sonra Whatsapp üzərindən klinika ilə əlaqə saxladım, gah nala vurdular, gah mıxa. Gah dedilər, kassa aparatımızın şarjı bitib, gah da xəzinədarın işdə olmadığını bəhanə gətirdilər. Vəziyyətdən çıxa bilmədiklərini anlayanda isə söylədilər ki, kassa aparatı işləyir, gəlin qəbzinizi götürün”


Bundan əvvəl də sözügeddən klinikadda özbaşınalıqla qarşılaşdıqlarını vurğulayan xeyriyyəçi bildirir ki: "Əslində bundan öncə, daha dəqiq desək, bu ilin 31 yanvarında başqa bir uşağı həmin klinikaya göndərəndə də eyni vəziyyətlə qarşılaşmışdıq, o zaman da rəsmi qəbz yerinə əllə yazılmış kağız vermişdilər.”


Nəbi Nəbiyev fikrinin davamı olaraq, müayinənin qiymətində də saxtakarlığa yol verildiyini qeyd edir: "Nə isə, bu bir yana... Həkim pasiyenti EEQ müayinəsinə yazdı, gördüm ki, mənə 70 manatlıq qəbzin şəkilini atdılar. Halbuki bundan 1-2 gün öncə xəstəxanada EEQ müayinəsinin qiymətini soruşanda, 40 manat demişdilər. Yenə əlaqə saxladım, dedilər, bu həkimin yazdığı EEQ müayinə həmişə 70 manat olub. Deyirəm, siz mənə 40 manat demisiz axı, deməmisiniz ki,qiymətlər 40 manatdan başlayır.


Həkimlə də əlaqə saxladıq, o da eyni şeyi dedi: "Mən yazdığım EEQ müayinəsi funksional olduğundan, 70 manatdir, ümumiyyətlə isəEEQ müayinələrinin qiyməti 40 -500 manat arasındadır".


Pasiyent Gəncədən gəlib, imkansız adamdır. Belə çıxır ki, ona az pul versəydim, müayinə yarıda saxlanılacaqdı?

Operatora dedim ki, sizdən şikayət edəcəyəm. Bayaqdan özünə haqq qazandırmağa çalışan operator başladı ki, işə yeni düzəlmişəm, bilməmişəm, səhv eləmişəm, haqlısınız.

Təbii ki, hər şeyi çox yaxşı bilir, bilməsəydi,xəstədən 40 manat əvəzinə 70 manat çıxmazdı, həm də o boyda xəstəxana öz rəsmi nömrəsini ona etibar etməzdi. "

Paylaşımının sonunda vətəndaşlara ayıq-sayıq olmağı tövsiyyə edən şikayətçi yazır:

"Bunu yazmaqla sizə demək istəyirəm ki, o klinikaya getməzdən öncə qiymətləri dəqiq öyrənin, fiksal nömrəsi olan qəbz tələb edin.”

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Bu gün, mayın 8-də dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ikinci yarımfinalının cavab oyunu keçiriləcək. Sfera.az xəbər verir ki, İspan...

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydə...

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.   Sfera.az xəbər verir ki, təqdimatd...

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...