Paşinyanın işğal altındakı ərazilərə səfəri barədə məsələ ATƏT PA-da qaldırılacaq

Paşinyanın işğal altındakı ərazilərə səfəri barədə məsələ ATƏT PA-da qaldırılacaq
"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq".
 
Sfera.az bildirir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, təmas xəttində baş verən təxribatlara münasibət bildirən ATƏT Parlament Assamblleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. 

A. Quliyev bildirib ki, ATƏT hazırda münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilatdır: "Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yenə qaldıracağıq. Nikol Paşinyanın addımları və Ermənistanda yaranmış mövcud duruma gəlincə, əlbəttə, biz bu gün onu hiss edirik ki, Paşinyan və komandası çox populist və pafoslu bəyanatla çıxış edir. Təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır. Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək. Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə xidmət etmir, problemin sülh yolu ilə həllinə yardım etmir. Ermənistan rəhbərliyi bunu anlamalıdır. Təəssüflər olsun ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilmədi. Bu, bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki, ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə toxunacağıq". (APA)

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Az...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...