Pandemiya nədir? – Tarixdəki izləri…

Pandemiya nədir? – Tarixdəki izləri…

Dünyada koronavirus (COVİD-19) təlaşı davam edir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Beləliklə, koronavirus pandemik viruslar kateqoriyasına daxil olub. 

 

 

Sfera.az xəbər verir ki, bundan əvvəl ÜST bəyan etmişdi ki, koronavirusu pandemya adlandırmaq tez olsa da, ölkələr buna hazır olmalıdırlar. 

Pandemiya ilə epidemiya fərqli anlayışlardır. 

Pandemiya yunan sözüdür. Mənası "bütün xalq” deməkdir. Əgər epidemiya bir bölgədə, cəmiyyətdə və ya bir qrup insanda hər hansı xəstəliyin yayılmasıdırsa, pandemiya bunun qlobal formasıdır. Yəni, pandemiya insandan-insana asanlıqla ötürülən yeni virusun qlobal miqyasda kütləvi yayılmasıdır.

Doğrudur, bəzi xəstəliklər də var ki, kütləvi yayılıb. Məsələn, xərçəng. Lakin xərçəng yoluxucu olmadığına görə pandemik sayılmır. 

ÜST-ə görə pandemiyanın üç əsas meyarı var:

1. Virusun yeni olması

2. Asanlıqla insanlara keçməsi

3. İnsandan insana asan və davamlı ötürülməsi

Koronavirus bu meyarlara cavab verdiyindən və qlobal miqyasda yayıldığından pandemik virusdur.

XX əsrdə insanlar üç qrip pandemiyası ilə üzləşib. Bunlardan biri 1918-ci ildə yayılan  "İspan Qripi”diri. Bu qrip 18 ay davam edib və 100 milyon insanın həyatına son qoyub.

İkincisi, 1957-ci ildə yayılan  "Asiya Qripi”dir. 2 milyona yaxın insan bu qripdən dünyasını dəyişib. 

Üçüncüsü, 1968-ci ildə yayılan  "Honk Kong Qripi”dir.  Bu pandemiya nəticəsində 1 milyon insan ölüb.

Buna qədər isə dünya vəba, taun və su çiçəyi pandemiyasının şahidi olub. 

2009-cu ildə isə "donuz qripi” (H1N1) pandemiya elan edilib. ÜST-ün məlumatına görə, 214 ölkədə yayılan bu qrip nəticəsində 18 min 449 insan dünyasını dəyişib.

ÜST-ün statistikasına görə, bu günə qədər dünya üzrə 145 min 369 nəfərdə virusa yoluxma halı qeydə alınıb. Ölənlər 5429, sağalanlar isə 71 min 688 nəfərdir.

Dünya tarixində ən dəhşətli pandemiya isə XIV əsrdə baş verib. Tarixi mənbələrin məlumatına görə "Qara ölüm” adlandırılan həmin taun pandemiyası zamanı 75-200 milyon insan vəfat edib. Nəticədə Avropa əhalisinin dörddə biri tələf olub. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...