Pablo Eskobarın həyatından maraqlı faktlar: İsinmək üçün 2 milyon dolları yandıran narkobaron

Pablo Eskobarın həyatından maraqlı faktlar: İsinmək üçün 2 milyon dolları yandıran narkobaron


Pablo Eskobar bu günə qədər dünyanın ən məşhur narkobaronu titulunu daşıyır. Bu qəddar cinayətkara görəKolumbiya əsl döyüş meydanına çevrilmişdi. Escobar ABŞ-ı narkotik selinə qərq edir və bu, ona dünyanın ən varlı insanlarından biri olmağa imkan verir.


Sfera.az bu məşhur cinayətkar haqqında 12 maraqlı faktı oxucularına təqdim edir.

 

1.Gəncliyində Eskobar qəbiristanlıqlardan məzar daşlarını oğurlamaqla məşğul olurdu

Pablo Eskobar yoxsul ailədə anadan olub. Atası fermer, anası müəllim olan Pablo, Medelin şəhərinin yoxsul məhəllələri arasında böyüyürdü, bu da istər- istəməz onu cinayətkar aləmə meylləndirirdi. Gənc Eskobarın cinayətkar bioqrafiyası oğurlanmış məzar daşlarını satmaqla başlayır. O, məzar daşları üzərindəki bütün yazıları pozub onları alverçilərə satırdı. Getdikcə onun fəaliyyət dairəsi daha da genişlənir. Gələcək narkobaron siqaret alveri ilə məşğul olur, saxta lotareya biletləri və marihuana satır, hətta avtomobilləri qaçırıb hissələrə ayırmaqdan da çəkinmirdi.

22 yaşında Pablo Eskobar artıq Medelində kriminal avtoritet kimi tanınırdı.

 

2.Pablo Eskobar 15 yaşlı qızla evlənir

1976-cı ildə 27 yaşlı Eskobar 15 yaşlı rəfiqəsi Mariya ViktoriyaEnao Valyeho ilə evlənir. 1 il sonra onların oğlu anadan olur.


3."Gümüş və ya qurğuşun”

Eskobar bu prinsipi rəhbər tuturdu. O, hamını: siyasətçiləri, hakimləri, polisləri satın alırdı. Hansısa məsələ pulla həll olunmurdusa, daha rahat həll yolu tapılırdı: problem yaradan şəxs aradan götürülürdü. Buna görə də mütləq çoxluq rüşvəti seçirdi, axı heç kəs qurğuşun yemək istəmirdi.


4.ABŞ-ı kokainlə təchiz edən ilk narkobaron məhz Eskobar olub

Pablo Eskobardigər ölkələrlə müqayisədə varlı ABŞ-da kokain alverinin qat-qat daha böyük gəlir gətirəcəyini hesablayan ilk narkotacirdir. Hər şeyi ən xırda detallarına qədər hesablayanEskobar yeni ixracatqaydalarını çox tez mənimsəyir. Eskobar durmadan Amerikanın narkotiklərlə mübarizə İdarəsinə yeni problemlər yaradaraq narkotik maddələrin daşınmasına kömək edənüsullar düşünüb tapırdı.SonraBaham adalarında narkotik ticarəti üçünkeçid məntəqəsi yaradılır və budaşıyıcıların işini nəzərə çarpacaq dərəcədə yüngülləşdirir.

 

5.Kolumbiyalı Robin Qud

Xalqın sevgisini qazanmaq istəyənEskobar uğurla doğma şəhərini abadlaşdırmağa başlayır. Eləcə də yoxsulları ödənişsiz yaşayış yerləri ilə təmin etməklə onların rəğbətini qazanır. Təbii ki, xərclənən bütün pullar Eskobarın cinayətkar fəaliyyətinin bəhrəsi idi. Amma bunu yalnız tək-tək adamlar bilirdi, xalqın böyük hissəsi isə həqiqətən Eskobarı sevirdi və onu az qala müqəddəslər səviyyəsinə ucaldırdı.


6.Xanımına və övladlarına böyük sevgi və qayğı ilə yanaşsa da, çoxlu sayda kənizi vardı

Eskobarın ən məşhur məşuqəsi BBC-nin jurnalisti Virhiniya Valyeho olub. Məhz narkobaronun nüfuzu sayəsində həmin xanım Cənubi Amerika televiziyasının ən tanınan simalarından birinə çevrilir. Eskobarın ölümündən sonra ABŞ Virhiniyaya gərəkli informasiya müqabilində sığınacaq təklif edir. Valyehonun bu təklifi qəbul etməkdən başqa yolu yox idi, çünki Kolumbiyada onu asanlıqla öldürə bilərdilər.

 

7.Eskobar az qala Kolumbiyanın prezidenti olacaqdı

Cinayətkar aləmdə ən uca zirvəni fəth edən Eskobar, siyasətçi olmaq qərarına gəlir. Əvəzedici konqresmen vəzifəsini almağı ona Konqres üzvü iclaslarda olmadığı müddətdə səs vermək hüququ qazandırır. Amma prezident kürsüsü Eskobara qismət olmur.

KolumbiyanınƏdliyyə naziri Rodrigo Lara Bonilya narkobarona qarşı geniş kampaniya başladır, sonucda Pablo Konqresdən xaric edilir. Amma Eskobar buna göz yummaq fikrində deyildi. Bir neçə aydan sonra narkobaronun muzdlu qatilləri Bonilyanın avtomobilini güllə yağışına tutur. Əddliyyə naziri bu güllə yağışından sağ çıxmır.

 

8.Pablo Eskobar terror aktları təşkil edirdi

1989-cu ildə narkobaronun göstərişi ilə Bpoeing-727 təyyarəsi partladılır. Bu qorxunc terror aktı nəticəsində 110 nəfər həlak olur. Ehtimallardan birinə görə, təyyarədə Kolumbiyanın gələcək prezidenti Sesar Qaviria Truhilyo uçmalı idi. Eskobarın hədəfi də məhz o idi. Digər ehtimala görə,
Medelin kartelinin iştirakşılarındanbiri təyyarədə idi. Həmin şəxs cinayətkar təşkilatla bağl bütün məlumatları polisə təqdim etməyərazılıq veribmiş.

Elə həmin il Eskobar Kolumbiya məxfi polisinin şefi general Migel Masa Markesə qarşı sui-qəsd planlaşdırır. Bomba partlayışı nəticəsində 62 nəfər həlak olur.

1993-cü ildə Pablo Eskobarın adamları təqiblərə cavab olaraq Boqotanın izdihamlı küçələrindən birində dayanan maşına partlayıcı qurğu qoyurlar. Bunun nəticəsində 25 nəfər həlak olur, 70 nəfər isə ciddi xəsarət alır.

 

9.ABŞ hakimiyyətinin Eskobarı durmadan təqib etməsi onun Ağ Ev qarşısında şəkil çəkdirməsinə mane ola bilmir

Narkobaron görməli yerləri ziyarət etmək üçün ailəsi ilə birgə ABŞ-a gəldiyi zaman Kolumbiyada narkotiklərlə mübarizə İdarəsinin əməkdaşları onututmağa çalışırdı, təbii ki, onların bu cəhdləri uğursuzluqla nəticələnir.

 

10.Cəza çəkdiyi həbsxananı inşa etdirən Pablonun özü idi

Eskobar ABŞ-a ekstradisiyadan oddan qorxan kimi qorxurdu.Kolumbiya hakimiyyətinin ekstradisiyadan vaz keçməsi üçün narkobaron ölkənin bir sıra tanınmış, nüfuzlu şəxslərinin doğmalarını və yaxınlarını oğurlatdırır. Kolumbiya hakimiyyəti onu ABŞ-a verməməyə razılaşanda, Pablo təslim olur və bir neçə əhəmiyyətsiz cinayəti özüzərinə götürür. Rahat cəza çəkmək məqsədilə narkobaron özü və silahdaşları üçün "Lya Katedral” adlı həbsxana inşa etdirir. Həmin həbsxana əslində içərisində bütün rahatlıqları olan bir malikanə idi. Polisin həmin binaya 3 kilometrdən yaxın gəlmək hüququ yox idi.Buna rəğmən, dostları, işgüzar tərəfddaşlarıvə qadınlar Eskobarı mütəmadi olaraq ziyarət edirdi. Amma Eskobarın komfortlu cəza çəkməsi uzun sürmür. Buna səbəb isə narkobaronun hissə qapılaraqziyarətinə gələn Kali kartelindən olan işgüzar tərəfdaşlarını elə həbsxanadaca qətlə yetirməsi olur. Narkobaron Qaleano və Monkado adlı şəxslərin onun gəlirinin bir hissəsini mənimsədiyini öyrənir. Narkobaron bunu onlara bağışlaya bilməzdi. O, keçmiş tərəfdaşlarına ölümcül işgəncələr verir, sonra isə öz addamlarına meyitlərdən yaxa qurtarmağı əmr edir. Prezident Qaviriyabu haqda xəbər tutur və həmən cinayətkarla bütün anlaşmalara son qoyaraq Eskobarı yenidən qanundan kənar elan edir.

 

11.Eskobar soyuqdan donan övladlarını isitmək üçün 2 milyon dollara od vurub yandırır

Medelin karteli dağılandan bir müddət əvvəl Pablo xüsusi qəddarlıqla təqib edilirdi. Eskobarla onun öz üsulları ilə: terror və qətllərlə mübarizə aparırdılar. Narkobaronun tərəfdarlarını amansızcasına məhv edirdilər, bu səbəbdən də Eskobar ailəsi ilə birgə bir yerdən digərinə köç etməli olurdu. Bir dəfə ailə dağda, atılmışbir fermada gecələməli olur. Gecə çox soyuq, şaxtalı olduğundan uşaqlar donmağa başlayır. Yaxınlıqda odun olmadığından Eskobar dollar ocağı qalamalı olur.

 

12.Pablo Eskobar intihar edə bilərdi

Pablo Eskobar 44 yaşını qeyd etdiyi günün sabahı, 1993-cü ilin 2 dekabrında qətlə yetirildi. Rəsmi ehtimala görə, narkobaron snayper tərəfindən öldürülüb. Əvvəlcə atıcı cinayətkarın ayağına, sonra belinə atəş açıb, sonda isə onu başından vurub. Amma Eskobarın oğlu Sebastyan əmindir ki, Pablo intihar edib. Onun xatirələrinə görə, atası tez-tez deyərmiş ki,düşmənlərinin əlinə keçməkdənsə, özünü öldürər. Çox guman ki, son gülləni Eskobarın özü vurub.

 

Selcan

Sfera.az

 


 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...