Oturuşun xarakteri müəyyənləşdirdiyini BİLİRDİNİZ? - FOTO

Oturuşun xarakteri müəyyənləşdirdiyini BİLİRDİNİZ? - FOTO
 İnsanın baxışı, danışığı, cəmiyyət içərisində davranışları, oturuşu-duruşu - bunlar hər biri qarşı tərəfə müsbət və ya mənfi informasiyalar ötürür, insan haqqında ilkin fikirlər formalaşdırır. Psixoloqların fikrincə, insanın qeyri-ixtiyari davranışları onun əsl kimliyindən daha çox xəbər verir, nəinki düşünülmüş şəkildə atılan addımlar.

Milli.Az oturma şəkillərinin insan xarakteri haqqında ötürdüyü maraqlı informasiyaları təqdim edir:

1. Dik oturma şəkiliniz, sizin gizli obrazınızı ələ verir. Qərarlı, məqsədə istiqamətli insanlar əksər hallarda bu formada oturur. Xaraktercə güclü, qəddar olurlar.

2. Əgər siz və ya qarşınızdakı insan bu formada oturursa, bu həmin insanın həyatda rahat olduğundan xəbər verir. Həyata dair bütün planlarını həyata keçirmiş qayğısız insan xarakteri.

3. Bu şəkildə oturan insan görsəniz əmin olun ki, o insanlarda liderlik xarakterləri güclüdür. Onlar idarə edilməyi sevmir, əksinə hər zaman nəzarət edən tərəf olmağa üstünlük verir.

4. Bu şəkildə oturan insanların xarakterində sahiblənmə duyğusu yüksək olur. Ətrafındakı insanlara, eləcə də əyləşdikləri yerə belə qayğı ilə yanaşıb ona yiyələnirlər.

5. Əsasən dikbaş, özündən razı insanlar qeyri-ixtiyari şəkildə belə oturuş sərgiləyirlər. Onların obrazlı xarakterini təxmin etmək çox da çətin deyil.

6. Ayağı ayaq üstünə ataraq oturan insanlar heç şübhəsiz lider xarakterli insandır. Onlar əfv etməyi bilmir. Hər şeyin mükəmməl olmasına çalışır.

7. Cəsarətli, el dili ilə desək "gözü qara" insanlar əksər hallarda belə oturur. Bununla onlar qarşı tərəfə "heç nədən çəkinməyən güclü xarakter" olduqlarını nümayiş etdirmək istəyirlər.

8. Bu insanlar olduqca qısqanc və eqoist olurlar. Düşdükləri mühitdə özlərini hər kəsdən üstün hesab edirlər.

9. Qərarlı oturuş forması obrazınızı tez ələ verir. Xarakterinizin güclü olması, həyatda nə istədiyinizi bilməyiniz insanlarda sizə qarşı paxıllıq yarada bilir.

10. Bu insanların oturuş şəkli çox maraqlı söhbətlərə ilham versə də, onlar heç vaxt ilkə imza atmırlar. Müzakirə başladan tərəf olmurlar.

 

11. Bu insanlar olduqca maraqlı xarakterə sahib olurlar. Ətrafdakı bütün müsbət enerjini özlərinə toplayırlar. Daim axtarış, daim sual-cavab içərisində olan insanlar bu formada oturuş sərgiləyir.

12. Foto danışan şəkillər qədər informasiya ötürür. Fədakar ruhlu, həyatda yorğunluğunu dilə gətirə bilməyən insan xarakterini təsvir edir.

13. Yox əgər qarşınızdakı insan bu cür formada oturubsa, o xaraktercə özünü insanlara acındırmağa çalışan, diqqət mərkəzində olmağı sevən biridir.

14. Daha çox duyğusal, tez-tez dünyadan ayrılıb öz xəyal dünyasında yaşayırlar. Müşahidə etsəniz, onlar sizi, ətrafda danışılanları heç eşitmirlər.

15. Bu insanlar bəzən pessimist ola bilirlər. Lakin xaraktercə çox lütfkardırlar. Həmişə insanlara müsbət enerji ilə yanaşırlar. Bu cür oturan insan görsəniz dərhal yanında bir boş yer tapıb əyləşin.

16. Bu şəkildə oturan insanlar dostcanlı, qeyri-adi fikirləri olan insanlardır. Sosial həyatda aktivlikləri ilə seçilən bu şəxslər oturduqları yerdən uzun müddət müşahidə apara bilərlər.

17. Önə doğru əyilmiş formada oturmaq. Bu insanlar tam bir qapalı qutudur. Nə düşündüyünü təxmin edə bilməzsiz. Çox yaxşı dinləyicidirlər. Xaraktercə təmkinli olsalar da, bundan istifadə edilməsini sevmirlər.

18. Ayaqları bir-birinə bitişik şəkildə oturan insanlar xaraktercə güclü və iradəli insan olurlar. Ciddi, planlı, dəqiqəsini belə boş keçməsinə imkan verməzlər. Onlar hər zaman düşünürlər. Bu insanların hər vəziyyətə uyğun mütləq ikinci bir planları olur. Ehtiyatı sevən insanlardır.

19. Əllərini qeyri-ixtiyari hərəkət etdirərək oturan insanlar olduqca rahat xarakterə sahibdirlər. Özlərini digər insanlardan fərqləndirməyi sevirlər.

20. Yarım oturuş şəklində olan insanlar həyatda hər yerə tələsirlər. Xaraktercə çox məsuliyyətli, daim qaçhaqaçda olan insan tipləridir. Zamana qalib gəlmək həvəsi onlarda çox güclüdür. (publika.az)

 

 



OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...