Orxan Zeynalov Azərbaycana verilir

Orxan Zeynalov Azərbaycana verilir

2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində onu qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalov Azərbaycana qaytarılır.

Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda modern.az saytına Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib. O deyib ki, hazırda oğlunun Azərbaycana ekstradisiyası üçün sənədlər hazırlanır: “Mübariz Qurbanlı sağ olsun, məni yaxşı qarşıladı. Ərizə verdik, hazırda sənədlər hazırlanır. Mübariz müəllim əvvəldən Orxanın Azərbaycana qaytarılması üçün kömək edəcəklərini demişdi. İndi vədinə əməl edir. Sağ olsunlar”.

Zahid Zeynalov həbsdə olan oğluna baş çəkdiyini də bildirib: “Ona baş çəkdim, səhhəti də, saxlanma şəraiti də normaldır”.


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...