Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı

Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı
 

Çində tüğyan edən koronavirus epidemiyası göstərir ki, viruslar bəşəriyyət üçün daim təhlükə yaradır. Onların bəzilərinə qarşı müntəzəm olaraq vaksinlər hazırlana bilir. Lakin bu proses çox vaxt aparır və hər kəsə kömək etmir, eləcə də yeni viruslara qarşı müdafiə etmir.

Massaçusets Ümumi Profilli Xəstəxanasının (ABŞ) alimləri Almaniyanın Heydelberq Xərçəng Araşdırma Mərkəzindən olan həmkarları ilə birlikdə apardıqları tədqiqatlar nəticəsində əksər virusların zəif tərəfini müəyyən edə biliblər.

"Cell Reports” jurnalında yerləşdirilən press-relizə əsasən, bu, "Argonaute” qrupuna daxil olan  AGO4 zülalıdır.

Alimlər siçanlar üzərində "Argonaute” zülalının virusəleyhinə təsirini öyrənən zaman aydın olub ki, tərkibində AGO4 zülalı az olan hüceyrələr qrip də daxil olmaqla, müxtəlif virus infeksiyalarına qarşı hiperhəssasdırlar. Bir sözlə, AGO4 zülalının miqdarının az olmağı məməlilərin hüceyrələrinin  virusa yoluxma ehtimalını artırıb.

Beləliklə, tədqiqatçılar nəticəyə gəliblər ki, bu zülalın miqdarının artırılması immun sistemini bərkitməyə kömək və əksər viruslardan müdafiə edə bilər .

Press-relizə əsasən, tədqiqatlar hələ davam etdirilir. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...