\"Orduxan satqındır\" - Hafiz Hacıyev

\
"Orduxan xarici müxalifətin yanında olan satqındır"
 
Bu fikri "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev Sfera.az-a açıqlamasında bildirib:

"Bunlar Azərbaycan dövlətinə baş qaldıranlardır. Mən düşünürəm ki, bir tədbir görməyin zamanı çatıb. Dediyiniz o adamlarla bağlı, respublikanın istintaq və hüquq mühafizə orqanları tədbir görməlidirlər. Yoxlasınlar görək o adamlar şəkilləri harada çəkdiriblər? Bunların hamısı ölkədə abu havanı mənfi tərəfə yönləndirmək üçün atılmış addımlardır. Bunların qarşısı alınmalıdır. Bunlar kimə işləyirlər? Bunlar xalqa işləyirlər, yoxsa xaricdəki ya daxildəki müxalif qollara işləyirlər? Yoxlasınlar görək bunlar həqiqətdir, ya həqiqət deyil? Bunların hamısı ciddi məsələlərdir. Hamısı dövlətin imicinə mənfi təsir göstərən ciddi faktorlardır. Kəşfiyyat idarəsi hərəkətə keçməlidir. Düşünürəm ki sonda hamısının iç üzü ortaya çıxacaq”.

Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR