Müslüm Maqomayev hansı sovet liderinin qızı ilə eşq yaşayıb?

Müslüm Maqomayev hansı sovet liderinin qızı ilə eşq yaşayıb?

Bu gün dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin ad günüdür. Bu münasibətlə bu yazını təqdim edirik:

 

Ölümündən öncə məşhur müğənni SSRİ-nin birinci katibi Leonid Brejnevin qızı Qalina Brejneva ilə yaxın münasibətlərindən danışır...

 

Müslüm Maqomayev öz ölümü ilə böyük sirri də apardı: yarım əsr bundan əvvəl dünya şöhrətli ifaçı Brejnevin qızı Qalina ilə ehtiraslı eşq macərası yaşayır.
Yalnız gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə tanış olduqdan sonra müğənni özündə Qalina Leonidovna ilə həmişəlik ayrılmağa güc tapır.

 

Sovet estradasının ən seksual ifaçısı ilə birinci katibin qızı arasındakı münasibətlər barədə o vaxt çoxlu şayiələr gəzirdi.

Deyilənə görə, Kremldə baş tutan konserti zamanı Brejnevin qızını görən Müslüm "Несла Галя воду” mahnısını ifa edir.  Mahnının sözləri sevgi etiraflarından ibarət idi. Qalina isə bu etirafın qarşısında tab gətirə bilmir...

 

Ölümündən bir neçə gün öncə o, Amerikada yaşayan qızına zəng edərkən, Qalina Brejneva barədə xatırlayır. Ata həmişəki kimi, Marinadan nəvələrini soruşdu və... gözlənilmədən Qalina Brejneva haqda danışdı...

 

Birinci katibin qızı barədə çəkilən "Qalina” filmi ifaçını sarsıtmışdı. O, raket sürətilə məşhurluq zirvələrinə ucaldığı illəri xatırlamışdı. Marina atası ilə baş tutan telefon söhbəti barədə bunları deyir:
- Atam dedi ki, Qalina Leonidovnanı yaxından tanıyıb və film yaxşı alınıb. Filmi çox bəyənib. O dedi ki, baş rolu oynayan aktrisa hardasa Qalinaya bənzəyir. Sonra Qalinanın necə yaxşı qadın olduğunu əlavə edib, kədərli səslə: "heyf ki, tale onunla belə qəddarcasına davrandı” – söylədi.

 

Qalina Brejneva haqda film Muslüm Maqomayevi nahaqdan həyəcanlandırmamışdı. Müğənnini Qalina Leonidovna ilə yalnız dostluq əlaqələri bağlamırdı. Onlar arasında sevgi yaşanmışdı.

Sirr deyil ki, Müslüm Maqomayev məşhurluqla yanaşı, seks-simvol titulunu da qazanmışdı. Əlbəttə ki, SSRİ-də "seks” sözü kimi, bu  söz də mövcud deyildi. Ancaq bu milyonlarla qadının onun dərdindən divanə olmasına mane olmurdu. Müslüm özü də gündəliklərində bu barədə yazırdı: "Tamaroçkadan əvvəl həyatımda kifayət qədər qadın olub. Ancaq onların adlarını çəkməyəcəm...”
Alicənab Maqomayev həmin qadınları pis vəziyyətdə qoymaq istəməzdi, həm də o qadınlar arasında adlarının elan edilməsi yolverilməz olan xanımlar da vardı.
 
Qalina

 

 

Qalina Brejneva – sovet dönəminin ən parlaq simalarından biri idi. Gözəl təhsil, gözəl qadın, ekssentrik – o, daim ölkənin ən yaraşıqlı kişilərinin diqqətini cəlb edirdi. Onun ərləri və məşuqları arasında məşhur sirk artisti İqor Kio, balet artisti Maris Liepa, siyasətçi Yuri Çurbanov və digərləri olub.
Təbii ki, Müslüm kimi yaraşıqlı gənc bu cazibənin yanından ötə bilməzdi. Müslüm bir çox müsahibələrində Brejnevin bağ evində tez-tez qonaq olduğunu etiraf edirdi.
Görünür, ifaçını ora ən güclü insan hissi cəlb edirdi...

 

Leonid İlyiç Maqomayevi çox sevirdi. – Qalinanın yaxın rəfiqələrindən biri söyləyir. – Müslüm və bizim truppa birgə Parisə gedirdik. Qalina ilə Müslümün münasibətləri əla idi...

 
Uzun-uzadı sorğu-suallardan sonra Qalinanın ən yaxın rəfiqəsi Lyudmila  etiraf edir: "Bəli, onlar arasında eşq macərası olub! Bu axı 50 il bundan qabaq yaşanıb. Müslüm o vaxt ailəli deyildi. Burada nə var ki?...

 

 

Qalina ilk dəfə Müslümü görəndə Müslümün 20 yaşı vardı. Qalinanın isə 33. Lakin ərköyün gözəl üçün yaşın heç bir önəmi yox idi. Sonuncu dəfə o, 64 yaşında 29 yaşlı biznesmenə ərə getmişdi. Ona aşiq olmamaq mümkün deyildi. Onunla dostluq isə zirvələrə yol açırdı...
 
Publika.az //
Sfera.az

 

 



OXŞAR XƏBƏRLƏR

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...