Cəmİyyət

Müsəlman turistlər üçün ən cəlbedici ölkələr- SİYAHI

Müsəlman turistlər üçün ən cəlbedici ölkələr- SİYAHI
Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb. "CrescentRating” və "MasterCard”ın birgə tərtib etdiyi illik "Global Muslim Travel Index” (GMTI) reytinqində müsəlman turistlərin daha çox səyahət etdiyi populyar ölkələr sırasında ilk dəfə olaraq İndoneziya birinci yeri tutub.

Reytinqdə İndoneziya ilə yanaşı, Malayziya da liderlik mövqeyini saxlayıb. Hər iki ölkə reytinqdə 78 bal toplayıb. 2018-ci ilin reytinqində Malayziya birinci, İndoneziya isə ikinci yerdə qərarlaşmışdı.

İlk onluğa müsəlman turistlərin səyahət üçün üstünlük verdiyi ölkələr sırasına Türkiyə (75 bal), Səudiyyə Ərəbistanı (72 bal), Birləşmiş Ərəb Əmirlikləri (71 bal), Qətər (68 bal), Mərakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) daxildir.

Ekspertlər turistlərin rahatlığı, ətraf mühit, xidmətlərin keyfiyyəti və kommunikasiyaların səviyyəsi meyarlarını araşdırıblar.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031