Müəllimlərin işə qəbulu ilə bağlı iddia: “İşarələnmiş yerlər var...”

Müəllimlərin işə qəbulu ilə bağlı iddia: “İşarələnmiş yerlər var...”

"Müəllimlərin işə qəbulu ilə bağlı bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinə 400-dən çox şikayət daxil olub”.

Bunu təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Hal-hazırda 2-ci mərhələ-test mərhələsi davam edir. 

"Amma bu il ilk dəfə olaraq imtahanların gedişindən ciddi şəkildə narazılıq var”.

Ekspert narazılıqların 4 qrupa bölündüyünü qeyd edib: 

1.Test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur.

2. İmtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harda oturmalıdır. Başqa şəxslər gəlib orda əyləşir.

3. İmtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var və ancaq orda nəzarətçilərin gətirdiyi şəxslər iştirak edir və onlar daha çox bal toplayır.

4. İmtahanlarda istifadə olunan test tapşırıqlarının iki, üç cavabı olur və ya ümumiyyətlə cavabı olmur.

K. Əsədov deyir ki, təqdim olunan test tapşırıqları bəzən heç bir məntiqə sığmır: "Misal üçün qısqanclığın rəngi nədir? İki qazan var, birində it var, birində pişik, siçan hansının ağzındadır? Və s. 

Həqiqətən də belə test tapşırıqları təqdim olunubsa, bu imtahanı təşkil edənləri əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad etmək lazımdır”. 

Bəs narazı insanları, haqları tapdanmış iştirakçıları necə razı salmaq olar?

1. İştirakçıların yazdıqları test tapşırıqlarını onların şəxsi kabinetinə yükləmək. 

2. Səhv, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçılara düzgün cavab kimi əlavə edilməlidir. 

3. Vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır. Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunur.

K.Əsədov vurğulayır ki, gələcəkdə isə bu kimi problemlərin baş verməməsi üçün MİQ imtahanın keçirilməsi Dövlət İmtahan Mərkəzinə verilməlidir: "Ya da bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi bunu daha da peşəkar səviyyədə təşkil edə bilər. İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır, imtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir, imtahandan sonra apellyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir”.

 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...