\"Milyonlarla vəsaiti xəzəl kimi göyə, yerə səpələyirlər\"

\
 "Rusiyada öldürülən azərbaycanlıların əksəriyyəti məhz mövqe davası üzündən soydaşlarımızın bir-birinə qəsd etməsi nəticəsində baş verib”.
 
Sfera.az-a açıqlamasında bu sözləri xaricdə yaşayan soydaşlarımızın şadlıq məclislərində, toylarda rəqs edərkən əllərindəki pulları yerə səpmək kimi yersiz adətləri davam etdirmələrinə münasibət bildirən zaman Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev deyib.
 
İ. Ağayev ürək ağrısı və təəssüf hissilə bildirdi ki, xarici ölkələrdəki soydaşlarımız şadlıq şənliklərində nümayiş etdirdikləri bu kimi çirkin "təmtərağı” hələ də davam etdirir və bununla da millətimizi gözdən salırlar:
 
"İşin içində olan bir insan kimi deyirəm, Vətəndən kənarda yaşayan azərbaycanlılar başqa millətlərə baxanda öz aralarında olan rəqabətə daha çox önəm verir, daha çox özləri özlərinə qənim kəsilirlər. Bir sıra hallarda xaricdə olan iş adamlarımız öz həmkəndlisinə göstərmək üçün toylarda oynayarkən pulu göyə səpələmək kimi "təmtəraqlı” addımlara yol verirlər. Belə əməlləri də daha çox bir-birinin acığına edirlər. Ümumi düşmənlərimiz kənarda qalır, amma soydaşlarımız bir-birilə belə çirkin rəqabətə gedirlər. Toylarda oynayarkən pulun göyə səpələnməsi halı sözün həqiqi mənasında çox iyrənc hal alıb və qətiyyən qəbul olunan deyil. Bu vəziyyət bir daha onu göstərir ki, soydaşlarımızın əksəriyyəti özlərini Azərbaycandan kənarda normal apara bilmir. Bu həm də onun nəticəsidir ki, diaspora məkanında başıpozuqluluq hökm sürür. Həmyerlilərimizin bu cür iyrənc hərəkəti yolverilməzdir və ictimai qınağa səbəb olmalıdır. Rusiyadakı şadlıq evlərində özlərini belə aparan insanlara dəfələrlə xəbərdarlıq etmişik. Təklif etmişik ki, pulları göya atmaqdansa, Xocalı və Qarabağda şəhid olanlara yardımlarla bağlı marafon keçirək. Lakin buna baxmayaraq, belə insanlar sözügedən xeyirxah işlərə 100 manat da olsa yardım etmirlər. Ancaq özlərini göstərməkdən ötrü milyonlarla vəsaiti beləcə toylarda xəzəl kimi göyə, yerə səpələyirlər. Hətta bu azmış kimi bir-birini canına və malına qənim kəsilirlər. Rusiyada öldürülən azərbaycanlıların əksəriyyəti məhz mövqe davası üzündən soydaşlarımızın bir-birinə qəsd etməsi nəticəsində baş verib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan və Rusiyada çəkilən toy lentində yerə xəzəl kimi pulların axıdıldığı kadr nümayiş etdirilib. Azərbaycanda toyda oynayarkən başa pul səpmək köhnə adətlərdəndir. Artıq ölkə daxilində bu kimi mənfi halların qarşısı ümumən alınıb. İndi yerli toylarda başa pul səpmək kimi hadisələrə təsadüfü hallarda rast gəlinir. Ancaq təəssüf ki, həmin tendensiya xaricdə yaşayan soydaşlarımız arasında hələ də davam edir. Hansı ki, bununla soydaşlarımız istər-istəməz özlərini başqa millətlər qarşısında biabır edirlər.
 
ELÇİN
Sfera.az









OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...