Milli Məclisdən növbədənkənar iclaslarla bağlı AÇIQLAMA

Milli Məclisdən növbədənkənar iclaslarla bağlı AÇIQLAMA
 

Milli Məclis iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Parlamentin Mətbuat xidmətindən verilən məlumata görə, son günlər bəzi KİV-lərdə Milli Məclisin iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yanlış xəbər yayılıb.

Bildirilib ki, hər il yaz sessiyası bitdikdən sonra Milli Məclisin qanunverici işlər planında olan və qanunverici təşəbbüsü subyektləri tərəfindən təqdim edilən qanun layihələrinin müzakirəsi üçün yay aylarında növbədənkənar sessiya çağırılır. Həmin növbədənkənar sessiya maksimum iyul ayının 15-dək - Milli Məclisin tətilə çıxdığı müddətədək davam oluna bilər. Bu il də hər il olduğu kimi Milli Məclisin növbədənkənar sessiyası çağırılmışdır. Həmin sessiyanın iclaslarının gündəliyinə daxil olan qanun layihələri üç oxunuşdan keçməlidir.

"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi, sosial və digər sahələrdəki islahatların qanunvericilik baxımından təmin edilməsi üçün Milli Məclisin növbədənkənar sessiyasında artıq üç iclas keçirilib. Həmin məsələləri tamamlamaq üçün iyul ayındaki iclaslarda qanun layihələri ikinci və üçüncü oxunuşdan keçiriləcək. Növbədənkənar sessiyanın növbəti iclaslarının iyulun 9-da və 12-də keçirilməsi nəzərdə tutulur. Xüsusi ilə qeyd etmək lazımdır ki, nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də ki, Milli Məclisin Daxili Nizamnaməsində "təcili” və yaxud "fövqəladə” sessiyaların keçirilməsi nəzərdə tutulmamışdır. Milli Məclis həmişə olduğu kimi normal iş qaydasında fəaliyyət göstərir. Milli Məclisin iyul ayının 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur.

Milli Məclisin Mətbuat xidməti bir daha bəzi Kütləvi İnformasiya Vasitələrinə müraciət edir ki, əsası olmayan, yoxlanılmamış məlumatlarla ictimaiyyəti yayındırmasınlar", - parlamentdən bildirilib. 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...