Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Növbəti aydan etibarən...

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Növbəti aydan etibarən...
Növbəti aydan etibarən Bakıya yeni qatarlar gətiriləcək 
 
Bu haqda "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sfera.az-a məlumat verilib. Bildirilib ki, artıq Rusiyanın "Metrovaqonmaş” ASC və "Bakı Metropoliteni” QSC yeni qatarların alışı üçün müqavilə imzalanıb.
 
 
N.Paşayevin sözlərinə görə vaqonların xidmət müddəti 31 il təşkil edir. Yeni vaqonların ilk olaraq bu ilin martında Bakıya gətirilməsi nəzərdə tutulub. Bildirilib ki, hər biri 5 vaqondan ibarət qatarlar 4-cü nəsil texnologiyalıdır. Bu qatarların əsas üstünlüyü isə kondisionerli olmasındadır. Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu qatarlarda da vaqonlararasında keçid olacaq:
 
 
"Yeni qatarlar ən son istismara verilən qatarlardan daha yüksək keyfiyyətlərə cavab verir”.
 
Hər zaman "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişindaşınma xərclərinin əslində kifayət qədər az olduğu bildirilib. Yəni, hər sərnişinin gediş haqqısı təxminən 50 qəpik civarındadır. Buna baxmayaraq metroda gediş haqqı artmayıb. Maraqlıdır, yeni qatarların gətirilməsi metropolitenin daha da zərərlə işləməsinə səbəb olmayacaqmı:
 

"Ehtiyac olduğu halda yeni qatarlar gətirilir. Bunun sərnişindaşıma xərclərinə heç bir aidiyyəti yoxdur. Bu il cəmi 2 yeni qatar gətiriləcək”.
 
Aydan Lətifova

OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...