Messinin heç yerdə görmədiyiniz qeyri-adi fotoları yayıldı

Messinin heç yerdə görmədiyiniz qeyri-adi fotoları yayıldı
Lionel Messinin evdəki dəstək olmadan yadplanetli futbolu göstərməsinin mümkünsüzlüyü aydın məsələdi. Argentinalının özü özündən heç də həmişə razı deyil.

O, pis nəticələrə görə çox narahat olur. Oğlu Tyaqonun6 yaşı və artıq onunla futbolu müzakirə etmək mümkündü. Hərçənd bir müddət əvvəl, məsələn 2013-də hələ balaca idi.

Messi oğlu ilə müzakirələri gizlətmir: "Həmişə məğlubiyyət və pis oyunu həzm etmək çətindi. Amma Tyaqo məni yaşananlara şərh verməyə məcbur edir. Mən də niyə qalib gəlmədiyimizi izah edirəm. İndi biz daha çox danışırıq”.

Əfsanənin sol ayağında oğlunun şərəfinə tatu və onun balaca əl izləri var.

"O, artıq məni tənqid edir. "Barselona”, La Liqa, Çempionlar Liqası – bunların hamısını artıq izləyir. Çox sual verir və nəsə düz getməyəndə deyir”.

Tyaqo – böyük uşaqdı. Buna görə də Messi daha çox məhz onunla ünsiyyətdə olur.

Tyaqo həmişə atası ilə olur. Xüsusilə də böyük qələbələrdən sonra. 2015-ci ildə Çempionlar Liqasının Turindəki finalı da istisna olmayıb.

Messi ailəsi sevgisini müsahibəsində də qeyd edib: "Futbolu sevirəm. Amma ailə hər şeydən yüksəkdədi”.

Messi 2017-ci ildə oğlanlarını müqayisə edib: "Böyük oğlum – sadəcə möcüzədi. Onlar elə fərqlidi ki. Tyaqo sözə qulaq asandı, balaca – Matteo əksinə, özünü köpəkoğlu kimi aparır (gülür)”.

Messi sıx qrafikdə də valideyn öhdəliklərini unutmur: "Səhər böyük Tyaqonu məktəbə aparıram. Sonra məşqdən qayıdanda isə gedib onu götürmək vaxtı olur. Bundan sonra şam yeməyinədək hamımız – Antnella və balaca oğlu Matteo bir yerdə oluruq. Axşam uşaqları yatmağa göndərəndə imkan tapsaq, yoldaşımla bir-birimizə vaxt ayırırıq. Hər şey adi ailədəki kimidi”.

Yəqin Leonun əlinin sınmasını hamı xatırlayır. Zədəni oğlu ilə birlikdə yaşamaq daha yüngüldü. 2018-ci ilin oktyabrında "İnter”lə Çempionlar Liqasının ev oyununda da belə olub.

Messi oğlanları və iti Xalkla birlikdə də şəkil çəkdirib. Bu iti həyat yoldaşı 2016-cı ildəki ad günündə ona hədiyyə edib. Bu, bordos doqudu ki, bu cins itlər 67 sm uzunluğuna qədər olur. Köpəklər adətən 55-65, bəzən 90 kq çəkiyə malik olur.

2018-ci ilin martında Antonella və Leonun 3-cü uşağı doğulub. Bu oğlanı isə Çiro adlandırıblar. Beş "Qızıl top”? Messinin ən böyük mükafatları bu fotolardadı.Matc











OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...