Məşhur müğənni dövlət tədbirində mələkləri nalayiq ifadələrlə söydü, cəzalandırıldı - Video

Məşhur müğənni dövlət tədbirində mələkləri nalayiq ifadələrlə söydü, cəzalandırıldı - Video
 Türkiyənin məşhur müğənnisi İrem Derici dövlət tədbirində qeyri-etik sözlərdən istifadə edib.
 
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xanım ifaçı Kocaeli bələdiyyəsi tərəfindən təşkil olunan festival zamanı "Kalbinin tek sahibine” mahnısını söyləyərkən bəstədə istifadə olunan mələklər bölümündə qeyri-etik söz işlədib.
 

İfaçı "burada olmayan mələklər mənim… yesin”, - deyə qışqırıb.  Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə yayılmağa başlayıb. Bundan sonra Kocaeli bələdiyyəsi açıqlama yayaraq İ. Dericini qınadığını qeyd edib. Onlar həmçinin bildiriblər ki, bundan sonra bələdiyyələrinin təşkil edəcəyi hansısa dövlət tədbirində ona yer verilməyəcək: 

"İrem xanımın konsert vaxtı söylədiyi fikirlər cəmiyyət və bələdiyyəmiz tərəfindən qınanılıb. Bundan sonra təşkil olunan hansısa konsertdə ona yer verməyəcəyik”.

Hadisələrdən sonra İrem Derici video çəkərək açıqlama verib. O, 8 ildir səhnədə olduğunu. Amma bəzən istəməsə də, qeyri-etik ifadələr işlətdiyini və bunu dəyişə bilmədiyini deyib. İfaçı olanlara görə üzr istəyib:

"Mənim vokalistimin adı Mələkdir. O bizimlə konsertə gələ bilmədi, Buna görə, həmin ifadəyə yer verdim. Üzülən, qəlbi qırılanlar olubsa, üzr istəyirəm. Üzr istəmək böyüklükdür”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Ölkənin birinci bankı Kapital Bank avtomobil sahibi olmaq istəyən müştərilərinə sərfəli fürsət təqdim edir.   Sfera.az xəbər verir ki, rəsmi gəliri o...

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Fransa Prezidenti Emmanuel Makronun fikirləri yenidən gündəm olub. O, fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini i...

F-16 qırıcısı QƏZAYA UĞRADI

Sinqapurda F-16 qırıcısı qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb.   Məlumatda bildir...

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın məlumat...

İlham Əliyev dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir

Tolerantlığın tez-tez gündəmə gəlməsinin bir sıra səbəbləri mövcuddur. Bunlara dini qarşıdurmalar, dünyada geniş yayılan sosial gərginlikləri misal çəkə bilərik...

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir.   Sfera.az x...