\"Məndə Rozanın başqa pozada şəkilləri də var\" - Afət

\
Müğənnilər Roza Zərgərli ilə Afət Fərmanqızı arasındakı qalmaqal daha da böyüyüb. 

Buna səbəb Afətin Rozanın illər əvvəl yayılan açıq-saçıq fotosunu "Instagram"da paylaşması olub. 

Bu haqda sosial şəbəkədə yazan Zərgərli Fərmanqızının qanun qarşsınıda cavab verəcəyini qeyd edib:

"Afət Fərmanqızı, sizin İnstaqram hesabınızda paylaşdığınız şəklə görə - 3 il bundan əvvəl bəzi saytlar montaj olunmuş şəkil paylaşdıqları üçün (ekspert rəyi ilə) qanun qarşısında öz cəzalarını alıblar. Siz də bu saxta şəkli paylaşmaqla insanlarda fikir formalaşdırırsız, bu da ayrı bir cinayət məsuliyyətidir və qəbahətdir. Buna görə cavabdehlik daşıyacaqsınız. 

Sizə heç kim haqq verməyib ki, Azərbaycan Respublikasının sənətkarlarına ağzınıza gələn təhqirləri, nalayiq sözləri onlara qarşı səsləndirəsiz. Buna görə də ayrıca cavabdehlik daşıyacaqsız. Sizə çox yazığım gəlir, bilirsiz nəyə? Siz öz səhvlərinizi görmürsüz və elə bilirsiz hər hansı bir qadını alçatmaqla, siz gözdə qalxırsız. Bu sizin yalnışınızdır. Bu mənim sənə sosial media tərəfindən deyəcəyim son sözümdür, Afət Fərmanqızı".

Qeyd edək ki, Afət Fərmanqızı Roza Zərgərli barəsində bu sözləri deyib:

"Oğluma söz verdim, bu gündən heç kimə cavab verməyəcəm. Qurban olsunlar balama! Mənə söz atanları, əsas akulaları (Xalq artisti Flora Kərimova ilə Brilliant Dadaşovamı nəzərdə tutur-red) necə lazımdırsa oturtdum, qucaqdakı orijinal şəkilləri (hələ başqa pozada şəkilləri də var məndə) gündəmə gətirdim (Roza Zərgərlini nəzərdə tutur-red). Yalandan video paylaşıb ki, guya montajdır, sənin paylaşdığın montajdır.

Oğlum məndən çox xahiş etdi ki, heç kimə cavab verməyim, amma cavab verdim. Bu dəfə isə vaz keçə bilmədim. Çünki hər şeyi taparam, balamı yox! Sabahdan heç kimə cavab verməyəcəm, son!"

İfaçılar arasında qalmaqala səbəb isə Afətin Xalq artisti Flora Kərimovanı təhqir etməsi olub.



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...