\"Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim” - Yaşar Nurinin həyat yoldaşı

\
ARB TV-nin "O Üz” verilişinin növbəti buraxılışı aktyor Yaşar Nuriyə həsr edilib.

Ailə üzvləri, tələbələri və tərəf müqabilləri mərhum aktyor Yaşar Nuridən danışdı:

Qızı Ülkər Yaşarqızı qeyd edib ki, atasının nəsə sözü olanda belə onlara demirdi:

"Hər zaman anama deyərdi ki, bizə desin. 11-ci sinfi yeni bitirmişdim. Bir az dodaq boyası çəkmişdim. Qonaqlığa getmişdik. Atam elə orda mənə acıqlı baxdı. Üzünü çevirib anamın qulağına pıçıldadı. Anam gəldi mənə dedi ki, atan dünyanı dağıdır, get dodaq boyasını sil”.

Tələbəsi olan aparıcı Zaur Kamal isə aktyorun çox ciddi və tələbkar olduğunu deyib:

"2 il imtahan verdim. 3-cü, 4-cü il məndən soruşmadan "5” yazdı. Soruşdum niyə "5” yazmısınız, layiqəm ki? Dedi, bilirəm ki, sən aktyor olmayacaqsan”.

Yaşar Nurinin tələbəsi Xalq artisti Faiq Ağayev isə onu həmişə soyadı ilə çağırdığını bildirib: "Bəzi xasiyyətlərinə görə mənə atamı xatırladardı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, elə bil, atamın pis olmasını görürdüm. Amma özü nikbin idi deyə, gülümsəyirdi deyə, mən də gülümsəyirdim. Bax o zaman Yaşar müəllimin öyrətdikləri köməyimə gəldi. İçim ağlaya-ağlaya üzüm gülürdü. Aktyor sənətində mənim üçün günəş idi. Böyük şəxsiyyəti itirdim”.

Tərəf-müqabili olan Firəngiz Mütəllimova isə tamaşaçıların onları onlardan xəbərsiz evləndirdiyini vurğulayıb:

"Artıq alışmışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim. Gördüm hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib”.

Həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nuri haqqında xatirələrini bölüşüb: "Onun həyatını dəyişdiyi an mən yanında olmadım. 6 il ərzində xasiyyəti tamam dəyişmişdi. Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün işıqları söndürüb, telefonu çıxardırdı. Kaş ki, arabada olardı, amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşısını tapmadım. Onun bir sözü var idi, həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim”.
 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Az...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...