Məmurun qadın idmançılarla bağlı sözləri qalmaqal yaratdı: “Allahın əmrinə qarşı çıxaraq...”

Məmurun qadın idmançılarla bağlı sözləri qalmaqal yaratdı: “Allahın əmrinə qarşı çıxaraq...”

Türkiyədə Düzcə Kaynaşlı Bələdiyyə Başqanı Birol Şahin qalmaqallı sözləri ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, məmur bu ölkənin qadınlardan ibarət voleybol yığmasının Avropa Olimpiya Təsnifat Turnirinin son oyununa çıxmamışdan öncə gərginlik yaradan paylaşım edib. O, idmançıların geyimini sərt tənqid edib və bədən xətlərini bildirən geyimlərin dində haram olduğunu yazıb:

"Allahın "geyimləriniz vücud xətlərinizi bəlli etməməlidir” əmrinə qarşı çıxaraq açıq-saçıq geyin, özünü göstər, sonra da Tokioya gedəcəksən deyə sevin. Dünya çempionu olsan, nə olacaq ki! Müsəlman qadın ədəb və həya sahibidir. Etdiyi hər işi Allah rızası üçün etməlidir. Dinimizə görə, qadınlar öz aralarında idman edə bilərlər, kişilərin hüzurunda yox! Bu, haramdır!”

 

Onun bu paylaşımı qalmaqal yaradıb. Xeyli sayda sosial şəbəkə izləyici paylaşıma görə məmuru tənqid edib. 

Xatırladaq ki, Türkiyə yığması Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi adını qazanmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. (yeni sabah)


 


OXŞAR XƏBƏRLƏR

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...