Məmurlara dəfələrlə xəbərdarlıq etmişəm ki... - Prezident

Məmurlara dəfələrlə xəbərdarlıq etmişəm ki... - Prezident

Bu gün şəhərimizdə yeni park açılır. Bu, gözəl hadisədir və burada yaşayan insanlar üçün gözəl hədiyyədir. Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir. Həm şəhərin mərkəzində, həm də digər ərazilərdə yeni ictimai yerlər yaradılır.

Sfera.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşü zamanı deyib.

"Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək.

Qaldı ki, şəhərimizin abadlaşmasına, görülən bütün işlər göz qabağındadır. Mən bir daha qeyd etmək istəyirəm ki, indi Bakı gözəl parklar şəhərinə çevrilibdir. Bizim mövcud parklarımızın demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə bərpa edilib, yeni istirahət zonaları yaradılıb. Bizim ən böyük parkımız dənizkənarı bulvardır, uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb. Burada indi idman, incəsənət şəhərcikləri, ictimai yerlər yaradılıb. Diqqətçəkən digər layihələr arasında Heydər Əliyev Sarayının arxasındakı yeri də qeyd edərdim. Orada gözəl park yaradılıb. Dövlət Dram Teatrının arxasında yeni park salınır. "Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaqdır. İndi işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır. Misal üçün, siz yaxşı xatırlayırsınız ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin mənzərəsi hamımızı incidirdi. O yarmarka başqa əraziyə köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə bəziləri unudur ki, burada əvvəllər mənzərə necə idi.

Böyükşor gölünün bir hissəsi təmizlənib, onun ətrafı abadlaşdırılıb, 1 kilometr uzunluğunda yeni bulvar salınıb. Bibiheybət ərazisində indi gözəl park salınır. Yəni, görülən bütün bu işlər bir daha onu göstərir ki, vətəndaşların rahat istirahəti üçün şəhərimizdə çox böyük tədbirlər görülür. Yeni parkların salınması baxımından hesab edirəm ki, Bakı şəhəri bu gün dünyada birinci yerdədir. Bunu siz də yaxşı bilirsiniz, şəhərimizin digər vətəndaşları da görürlər, əgər harada söküntü gedirsə o yerdə mütləq ictimai guşələr, parklar yaradılır, yeni geniş yollar salınır ki, tıxaclar azalsın. Növbəti böyük park Yusif Səfərov küçəsində salınır, ümid edirəm ki, yaxın aylarda istifadəyə veriləcək. Onun yanında olan park artıq fəaliyyətdədir, Heydər Əliyev Sarayının ətrafında böyük park indi xidmət göstərir, gənclər, uşaqlar hər həftə orada müxtəlif tədbirlər keçirirlər. Bakı Konqres Mərkəzinin ətrafında yeni park salınıb. Keçmiş Səttarxan adına zavodun ərazisi olan bu yer ekoloji fəlakət zonası idi. Balaxanı zibilxanası təmizləndi, orada abadlıq işləri aparıldı, şəhərimizin vətəndaşlarına problem yaradan tüstünün qarşısı alındı. Ona görə mən bu sahəyə xüsusi diqqət yetirirəm. Çünki istəyirəm ki, Bakı daha da gözəlləşsin və şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşsın. Biz artıq buna nail ola bilmişik. Havanın, suyun keyfiyyəti yaxşılaşıb. Bu, insan sağlamlığı üçün əsas amillərdir.

Bilirəm ki, bu binalarda ziyalılar, alimlər yaşayır. Sizin üçün burada gözəl park salınıb ki, ailələrinizlə birlikdə istirahət edəsiniz. Bu münasibətlə sizi - burada yaşayan vətəndaşları təbrik edirəm”, - dövlət başçısı qeyd edib

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...