Məmmədyarov təyyarədə ermənilərlə söhbəti, sosial şəbəkələr və təzyiqlər haqda

Məmmədyarov təyyarədə ermənilərlə söhbəti, sosial şəbəkələr və təzyiqlər haqda
 

"Sülh naminə təsisatlar yaradılanda çoxtərəflilik prinsipindən istifadə etmək çox vacibdir. Dünya sürətlə dəyişir. Ötən əsrin 90-ci illərinin əvvəllərində BMT-də gənc diplomat kimi fəaliyyət göstərmişəm. BMT hər zaman sülh naminə fəaliyyətə üstünlük verib".


 

Bu sözləri Azərbaycannın Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.


 

Nazir bildirib ki, sülh quruculuğu ilə bağlı BMT tərəfindən çox işlər görülüb: "Biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişik. Azərbaycan bu üzvlüyü qazandıqdan sonra BMT-də fərqli atmosfer hökm sürməyə başlamışdı. BMT Təhlükəsizlik Şurasında təəssüf ki, məsələlərin həllində yalnız daimi üzvlər rol oynayır. Dünya dinamik inkişaf edir. Kiçik və orta ölkələr daha bərabər olmalıdır".


 

E.Məmmədyarov qeyd edib ki, əsas məsələ səyləri bir araya gətirib, daha da ucadan səsləndirməkdir: "Çünki BMT bir qətnaməninin yerinə yetirilməsini belə təmin edə bilmir. Rəqəmsallaşdırma çərçivəsində təzyiqlərə məruz qalırıq. Çünki sosial şəbəkələrin hər birimizin gündəlik həyatında mühüm rolu var, belə olan halda bu beynəlxalq münasibətlərə də təsirsiz ötüşmür".


 

Nazir onu da vurğulayıb ki, sülhdən yaxşı heç nə yoxdur: "Çoxtərəfli prinsipə ehtiyacımız var və bunun ətrafında fikirlər yürüdərək nələrəsə nail ola bilərik. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxındır hökm sürür. Münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır.


 

Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək ismarıclarımız da güclü olacaq".


OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...