Mələkxanım Əyyubova: Estetik cəhətdən yaxşı görünməsəm, kənara çəkilib, radioda oxuyaram - FOTO

Mələkxanım Əyyubova: Estetik cəhətdən yaxşı görünməsəm, kənara çəkilib, radioda oxuyaram - FOTO

Tamaşaçı qarşısına çıxanda hər gün fikirləşirəm ki, "Nə geyinəcəyəm? Saçımı necə yığacağam?” Mən dəyişilməyi sevirəm. İstəyirəm ki, tamaşaçı qarşısına çıxanda zövqlü görünüm.

Sfera.az xəbər verir ki, bu sözləri məşhur xanəndə, Xalq artisti Mələkxanım Əyyubova tədbirlərin birində dilə gətirib.

O, özünə qoyduğu bəzi qadağalardan bəhs edib:

"İfam, sənətim öz yerində. Əgər səhnəyə çıxırıqsa, tamaşaçının gözünü estetik baxımdan oxşamalıyıq. Estetik cəhətdən yaxşı görünmədiyimi kənardan görsəm, efirdən çəkilib radioda oxuyaram.

Əgər çəkim artırsa, özümə qadağa qoyub pəhrizdə otururam. Səhnə adamından  tamaşaçı zövq almalıdır. Həm ifasından, həm də görünüşündən. Hər şey bir-birini tamamlamalıdır.

Son zamanlar şou əhli bir-birinin ardınca gözəlləşmək üçün cərrah masasına uzanıb, plastik və estetik əməliyyatlar keçirirlər. Gözəllik uğrunda apardıqları mübarizə isə bəzən fayda vermir. Gözəlləşmək əvəzinə daha da çirkinləşirlər. 

Yayılan məlumatlara görə: "Mələkxanım da gözəlləşmək üçün bu yollara əl atır”, - demişdik ki, o, yayılan məlumatları inkar edib, təbii gözəlliyə daha çox önəm verdiyini vurğuladı:

"Heç kəsin işinə qarışa bilmərəm. Ancaq özümdən danışa bilərəm. Mən təbii gözəlliyi daha çox sevirəm. Plastik əməliyyatlara normal baxıram. Şəxsən mən ehtiyac duysam plastik əməliyyat etdirərəm. Üzümdə qırışlar yaransa da, onları aradan qaldırmaq istəmərəm.

Qoy tamaşaçıların önündə təbii şəkildə qocalım. Təbii yollarla gənc yaşımdan özümə baxıram. Bəlkə də tamaşaçılar elə bilirlər ki, mən üzümə dolğular və botokslar etdirmişəm. Amma bu belə deyil. Özünüz də görürsünüz ki, danışanda, güləndə qırışlarım üzə çıxır.

Mən süni şeylərdən uzağam. Botoksun əleyhinəyəm. Botoks zamanəmizin dəhşətli bəlasıdır. Xanımlarımız vitaminlərdən, mezolardan istifadə etsinlər. Üzümə botoks edim ki, cizgilərim ömrümün sonuna kimi tərpənməsin, bax bunlara qarşıyam.”

Hər hansı bir dəyişikliklər edəndə onu elə etmək lazımdır ki, nəzərə çarpmasın. Eybəcər xanım yoxdur. Bütün xanımların gözəlliyi və şarmı var. Onu itirmək olmaz.

Tədbirə qızı Nəzrinlə qatılan Mələkxanım onunla bağlı etiraflar etdi:

"Tədbirə bu gün qızımla qatılmışam. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Burada onun əl işləri sərgilənib. O, həm də modelyerdir. Nəzrin səyahətləri çox sevir, onun rəsm işləri xarici ölkələrdə də sərgilənir”.

Məşhur, müsahibəsində qardaşı oğlu bəstəkar-müğənni Ramal İsrafilov ilə bir araya gəlib onunla birgə duet yazdığını bildirdi:

"Sənət adamı sənətlə məşğuldursa, onun yaradıcılığı daim yeniliklərlə dolu olur. Yeni muğamlar və dəsgahlar üzərində çalışıram. Ramalla bir araya gəlmişik. Gözəl bir duet lentə alırıq. Əfsuslar olsun ki, hər ikimizin vaxtı məhdud olduğundan birgə iş ərsəyə gətirə bilmirdik.

Mən gündüzlər çalışıram, Ramal isə o zaman yatır, dincəlir. Hamının sevdiyi bir mahnıdır, onu duet şəklində yazdıracağıq. Mənim Ramalla hər zaman münasibətlərim yaxşı olub. O mənim balamdır”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...