Mahir İspan klubuna keçə bilər

Mahir İspan klubuna keçə bilər

 

 

Millimizin və "Qarabağ”ın futbolçusu Mahir Emreli (Mədətov) karyerasını İspaniyada davam etdirə bilər.

İspaniyanın məşhur "As” nəşrinin yaydığı məlumata görə, onu İspaniyanın I divizion klubları – "Estremadura” və "Malaqa” heyətində görmək istəyir.

16 qolla Azərbaycan çempionatının bombardiri olmuş hücumçu üçün artıq "Estremadura” "Qarabağ”a rəsmi təklif göndərib. Sequndada çıxış edən klub ötən cümə nizamnamə kapitalını 3.246.206 avroya çatdırdığını bəyan edib. Komanda artıq növbəti mövsümdən La Liqada çıxış etmək üçün heyətini 15 yeni futbolçu ilə gücləndirib.

La Liqa təcrübəsi olan, lakin ötən mövsüm Sequndada III yeri tutmuş "Malaqa” isə bir qədər çətinliklə üzləşib. Andalusiya klubunun struktur məsələləri ilə bağlı problemləri olduğundan, bu transfer çətin görünür.

Xatırladaq ki, Mahirin 2020-ci ilin yayına kimi Ağdam klubu ilə müqaviləsi var.


OXŞAR XƏBƏRLƏR