Ölkədə PUA-lardan istifadə layihəsi hazırlanıb

Ölkədə PUA-lardan istifadə layihəsi hazırlanıb

"Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb.

AZAL-dan Sfera.az-a verilən məlumata görə, layihə Dövlət Mülki Aviasiya Administrasiyasının və Azərbaycan Hava Yolları QSC-nin mütəxəssisləri tərəfindən hazırlanıb.

Sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir. Layihə 2015-ci ilin 08 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim edilib.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçib.

Qeyd edilən Qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub. Sonrakı mərhələdə sözügedən Qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər edilib.

Qeyd edək ki, layihə Aviasiya haqqında” Qanununun 7.1-ci və 44.4-cü maddələrinə, Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli, müvafiq olaraq 3 və 4 nömrəli Qərarları ilə təsdiq edilmiş "Azərbaycan hava məkanından istifadə Qaydaları” və "Azərbaycanın uçuş Qaydaları” aktlarına, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) 2011-ci il tarixli, 328 AN/190 nömrəli "Pilotsuz hava gəmilərinin idarə edilməsi sistemləri” sənədinə əsasən hazırlanıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...