Leyla Əliyeva “Mən “SABAH”ın məzunuyam” adlı tədbirdə iştirak edib - FOTOLAR

Leyla Əliyeva “Mən “SABAH”ın məzunuyam” adlı tədbirdə iştirak edib - FOTOLAR
İyulun 5-də "Mən "SABAH”ın məzunuyam” adlı tədbir keçirilib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov və iştirakçılar "Mən "SABAH”ın məzunuyam” adlı sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra "SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil sistemində inkişaf göstəricilərinin daha da yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. "SABAH” layihəsinin əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, 2014-2015-ci tədris ilində 755 tələbənin iştirakı ilə başlayan layihə hazırda 2300-dən çox tələbəni əhatə edir. Bu gün elmi-pedaqoji mühiti, müasir maddi-texniki bazası olan 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə "SABAH” qrupları fəaliyyət göstərir. "SABAH” layihəsinin əsas şüarı - savadlı, bacarıqlı və hazırlıqlı – Azərbaycan tələbələrinin qarşısına qoyulan məqsədi ifadə edir. "SABAH” layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış təhsil modelidir.

Son illərdə aparılmış çoxşaxəli təhsil islahatlarını diqqətə çatdıran nazir C.Bayramov ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, "SABAH” qrupları da bu islahatlar arasında əhəmiyyətli yer tutur.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən C.Bayramov ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir məzunların doğma Azərbaycanın davamlı inkişafına töhfə verəcəklərinə əminliyini bildirib. Təhsil naziri "SABAH” məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.

Mərasimdə rəmzi "SABAH” açarı III kurs tələbələrinə verilib.

Sonda "SABAH” qruplarının himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

"SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda "SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

2018-2019-cu tədris ilində 701 "SABAH” məzunu təhsilini başa vurur.

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...