Lənkəranda baş verən yanğın söndürüldü
12:17 / 04.08.2021
1379
Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə massivində baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən söndürülüb.
Bu barədə Sfera.az-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.