Lənkaranlılar Rüfət Quliyevə və icra başçısına etiraz etdi - FOTO

Lənkaranlılar Rüfət Quliyevə və icra başçısına etiraz etdi - FOTO
Deputatlığa namizəd Rüfət Quliyev Lənkaranda çətin anlar yaşayıb. Seçicilər deyib ki, İcra başçısı ilə əlbir olub məktəbi baxımsız qoyan namizəd bizə lazım deyil.

 

Sfera.az-ın xəbərinə görə, lənkaranlılıar yaranan probilemlə bağlı icra başçısı və deputatlığa namizəd Rüfət Quliyevə etiraz edib.

 

Beləki,  baxımsızlıqdan uçan bina Lənkaran 7 saylı tam orta məktəbin binasıdır. Həm də 73 saylı Lənkəran Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi də bu binada yerləşir. Binanın baxımsızlıqdan bu halda olması rayon rəhbəri və deputatların başına heç də ucalıq gətirmir.

 

Deməli, 2019-cu ilin mart-aprel aylarında məktəbdə deyilib ki, artıq bu məktəb bağlanır (yəni, yenidən tikiləcək) və sizi müvəqqəti 9 saylı məktəbə köçürdürük. Məktəbin kitabxanası, labaratoriya və digər bir neçə hissəsi köçürülüb. Amma nə hikmət olubsa, birdən icra hakimiyyətindən deyilib ki, köçürülmə dayanır və burda təhsil almağa davam edirsiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin sözlərinə görə, məktəbin yenidən tikilməsi üçün ayrılan maliyyə vəsaitini icra başçısı Taleh Qaraşov mənimsədiyinə görə, yeni məktəb binası tikilmir. Məktəbin pəncərələrinin əksəriyyəti qırıq, damı uçuq vəziyyətdədir. Nəzərə alsaq ki, Lənkərana yağışlar daha çox yağır. Bu halda siz vəziyyəti təsəvvür edin.

 

Bu məktəb binası 73 saylı Seçki Dairəsininin ərazisinə düşdüyü üçün valideynlər dəfələrlə deputat Rüfət Quliyevə müraciət etsələr də heç bir nəticə əldə olunmayıb. Valideynlərin biri deyir ki, Rüfət Quliyev deyib ki, "Guya, biz yaxşı məktəb binasında oxumuşuq ki” deyərək onları qəbuldan qovub. Valideynlər deyir ki məktəbin çox savadlı müəllimləri var amma gəl gör ki şərait bu vəziyyətdədir.

 

Qeyd edirlər ki qorxa-qorxa uşaqlarını bu məktəbə göndərirlər. Çox dəhşətli mənzərədir. Ölkənin ən böyük şəhərlərin birində belə vəziyyətin olması həqiqətən acınacaqlıdır.İxa.az

OXŞAR XƏBƏRLƏR

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...