Kılıçdaroğlunun döyülməsi Türkiyəni qarışdırdı: İZMİR AYAĞA QALXDI, HƏBSLƏR VAR

Kılıçdaroğlunun döyülməsi Türkiyəni qarışdırdı: İZMİR AYAĞA QALXDI, HƏBSLƏR VAR

 

Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğluya edilən ötən gün edilən hücumla bağlı artıq 5 nəfər həbs edilib.

 

Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qardaş ölkənin bir neçə şəhərlərində baş vermiş insidentlə bağlı etiraz aksiyalarının təşkilinə start verilib.

 

Bu arada isə bəlli olub ki, CHP sədrinə hücumda xüsusi canfəşanlığı ilə seçilən və onu yumruqlayanlardan biri Osman Sarıgün də saxlanılanlar arasındadır.

 

Araşdırma zamanı bəlli olub ki, Sarıgün hakim partiyanın üzvüdür. AKP sözcüsü Ömər Çelik mətbuata verdiyi açıqlamada deyib ki, artıq həmin şəxs barədə partiyada məsələ qaldırlıb və onun partiya sıralarından uzaqlaşdırılması haqqında qərar qəbul edilib.

 

Xatırladaq ki, ötən gün Ankarada şəhid olmuş hərbçinin cənazə mərasimində bir qrup şəxs CHP-ni PKK ilə işbirliyində ittiham edərək K.Kılıçdaroğluna hücum ediblər. Həticədə CHP sədrinə və onu müşayət edən şəxslər döyülüblər. Baş vermiş hadisəyə görə bir çox müxalif şəxslər Milləyçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının CHP-ni PKK ilə yaxınlıqda ittiham etməsini əsas gətirirlər.


Hazırda İzmirdə Kılıçdaroğlunun döyülməsinə etiraz olaraq aksiya keçirilir.

 

Rəşad


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...