Keçən ilin ən fəal mətbuat xidməti hansıdır?

Keçən ilin ən fəal mətbuat xidməti hansıdır?
"Keçən il Gömrük Komitəsi və Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətləri daha operativ işləyiblər”

Sfera.az-a açıqlamasında bu sözləri keçən il üçün dövlət qurumlarında fəaliyyət göstərən mətbuat xidmətlərinin hansılarının aktiv olub-olmadığına dair  sorğumuzu cavablandırarkən Azinforum.az saytının rəhbəri Məhəmməd Qəribli deyib: 
 
"Yola saldığımız 2018-ci il ilk növbədə çoxsaylı qurumlarda mətbuat xidmətlərinin dəyişməsi kimi də yadda qaldı. Ötən il Gömrük Komitəsi MX-nın jurnalistlərlə əhatəli işlədiyinin şahidi oldum. Şəxsən özün onların təşkil etdiyi bir neçə seminar və mediaturda iştirak etdim. Hesab edirəm ki, bu cür aktiv təmaslar və maarifləndirmə istiqamətində atılan addımların 4-cü hakimiyyət nümayəndələri üçün böyük faydası var. Keçən il Diasporla İş Üzrə Dövlət Komitəsinə MX rəhbəri təyin edilən Vəsilə xanıma bir neçə dəfə sorğu ünvanladıq və çox operativ, bizi qane edən cavabları aldıq. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərinə yetişmək isə bizim üçün ciddi problem olaraq qalır. Təəssüflər olsun ki, bizə lazım olanda Cəsarət Valehovun səsini heç cür eşidə bilmirik. Yaxşıki ara-sıra televiziya verilişlərində görürük, yoxsa onun səsi və simasını tamam unudardıq. Ümid edirik ki, qədəm qoyduğumuz 2019-cu ildə jurnalistlərlə yaxşı təmaslar qurmağı bacaran MX rəhbərləri işlərini daha da yaxşı təşkil edəcəklər. Fəaliyyətləri bizi qane etməyənlər isə işlərində əməli dönüş yaradacaqlar”.
 
Xalq Cəbhəsi qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu da bir neçə mətbuat xidmətinin aktiv olduğunu bildirdi: 
"Dövlət qurumları arasında  fikrimcə İqtisadiyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və Gömrük Komitəsinin mətbuat xidmətləri aktiv olub”.

Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev də ən aktiv olan mətbuat xidmətləri arasında Gömrük Komitəsinin adını çəkdi: 
"Azərsu", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gömrük Komitəsi, Diniq Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, "Azərişıq", İqtisadiyyat Nazirliyi daha aktivlik nümayiş etdiriblər. İctimaiyyətlə əlaqələrini qurublar və qapılarını medianın üzünə açıblar. Vergilər, Maliyyə, Səhiyyə, Təhsil, Daxili işlər nazirliklərinin mətbuat xidmətləri passiv fəaliyyətdə olublar”.
 
"Bakı Xəbər” qəzetinin müxbiri Vidadi Orduhallı düşünür ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti hələ də passiv fəaliyyət göstərməkdə davam edir: 
"Dövlət Gömrük Xidməti əvvəlki illərlə müqayisədə yola saldığımız ildə daha aktiv olması ilə seçilib. Halbuki ondan əvvəlki illərdə bu qurumun mətbuat xidmətində aktivlik demək olar ki, sıfır səviyyəsində idi. Amma ötən il bunun əksini müşahidə etdik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu müstəvidə jurnalistlərlə əməkdaşlığa üstünlük verib. Təəssüf ki, Fövqəladə Hallar Nazirliyi barədə bu xoş sözləri deyə bilmkirəm. Çünki bu nazirliyin mətuat xidməti öz passivliyilə yadda qalıb.”
 
"Paralel” qəzetinin əməkdaşı Yusif Seyid də sualımıza cavab verərkən bir çox nazirliklərin adını çəkdi: 
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti İradə xanımın timsalında həmişə olduğu kimi ötən il də aktiv olub. "Azərişıq”, "Azərenerji”, "Azəriqaz”ın mətbuat xidmətləri də bu fonda aktiv olmaqla seçiliblər. Yəni insanların adətən daha çox sosial problemlərlə bağlı müraciət edirlər. Bununla bağlı olaraq da həmin sahəyə cavabdeh olan qurumların əməkdaşları istəsələr də, istəməsələr də əlaqə saxlamalı olurlar. Məsələn, bu gün mətbuatda Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin münasibətlərinə daha çox rast gəlirik. Elə nazirliklər də var ki, orada mətbuat xidmətinin olub-olmadığını bəlkə heç jurnalistlər də bilmir”.
 
Qeyd edək ki, demək olar Azərbaycanda fəaliyyət göstərən nazirlik, komitə və idarələrin hamısında mətbuatla iş üzrə xidmətlər fəaliyyət göstərir. Onların vəzifəsi əməkdaşı olduğu qurumun fəaliyyəti barədə jurnalistlərin sualları və sorğularına operativ şəkildə cavab verməkdən ibarətdir. Ancaq həmin qurunmlarda fəaliyyət göstərən heç də bütün mətbuat xidmətləri operativ fəaliyyətlərilə seçilmir.  Bunu jurnalistlər arasında apardığımız sorğu da göstərdi.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...