İtaliyada 1 avroya evlər satılır - FOTO

İtaliyada 1 avroya evlər satılır - FOTO
İtaliyanın Sambuka di Siciliya şəhərində əhali o qədər azalıb ki, meriya evləri, demək olar, havayı satmaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, cəmi 1 avro xərcləməklə Siciliyada ev sahibi olmaq mümkündür. Şəhər əhalisi sürətlə azalır. Təkcə son bir il ərzində şəhər qeydiyyatından 367 nəfər çıxıb. İndi Sambuka di Siciliyada təxminən 5800 nəfər yaşayır.

Şəhər rəhbərliyi bu aksiya sayəsində əhali sayının artacağına ümid edir. Müştərilər də az deyil. Fransadan, İsveçrədən, İspaniyadan bu kiçik şəhərə ev almağa gəlirlər. Şəhərin vitse-prezidenti Cüzeppe Kaçioppo elana şübhə ilə yanaşanların sayının az olmadığını deyir: "Amma biz gerçəkdən də bir avroya ev satırıq”. Kaçioppo şəhəri çox sakit, su hövzəsi kənarında istirahət üçün xeyli uyğun yer adlandırıb.

Amma şəhər rəhbərliyinin bir şərti də var: üç il ərzində evin təmirinə azı 15 min avro xərcləmək lazımdır. Meriyanın məqsədi həm əhali sayının azalmasının qarşısını almaq, həm də ümumi vizual gözəllik yaratmaqdır. Bundan başqa, ev alarkən 5 min avro depozit qoymaq tələb olunur. Həmin pul təmir bitən kimi geri qaytarılır.

Bir il əvvəl İtaliyanın Sardiniya adasında 1 avroya evlər satılırdı. Ollolai şəhərində 200 ev satışa çıxarılmışdı.




OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...