İsti havalarda necə qidalanmalı? - Dərmanlara möhtac olmaq istəmirsinizsə...

İsti havalarda necə qidalanmalı? - Dərmanlara möhtac olmaq istəmirsinizsə...
"Ölü qidaların  hegomonluğu  və uzlaşmayan  qidaların qatışdırılması mədə bağırsaq traktının fəaliyyətini pozur və  iki bəladan birini qaçılmaz edir - insan ya ishala, əksər hallarda isə qəbizliyə məruz qalır”.

Sfera.az bildirir ki, bunu tanınmış loğman Ərşad Əzimzadə deyib. O bildirib ki, bunların hər ikisi sağlam qan yaranmasına  mane olur, bizi qoruyan hüceyrələri ac qoyur, mikrobları gücləndirir və immun sistemini zəiflədir:

"Belə adam qeyri-sağlam həyat tərzini aradan qaldırmaq əvəzinə, nəticəni, yəni xəstəliyi dəf etməyə çalışır - kimyəvi preparatların köməyi ilə  ishalın və ya qəbizliyin qarşısını almaq istəyir.  Beləliklə də, qan daha çox zəhərlənir, immun sistemi daha da zəyifləyir, nəticədə, yeni, daha ağır xəstəliklər baş qaldırır. İnsan ömrü boyu dərmandan asılı vəziyyətdə qalır. Halbuki bütün xəstəliklərin  təməli olan ishalın da, qəbizliyin də qarşısını çox asan yolla almaq mümkündür”.

Ə.Əzimzadə qəbizliklə mübarizə yollarından da söz açıb:

"Həmişə süfrədə  canlı qida  ölü qidadan 2-3 qat çox olmalıdır.  Gün ərzində hər kəs, öz çəkisindən asılı olaraq, 2-3 litr çiy suyu yeməkdən qabaq, kiçik qurtumlarla və ilıq şəkildə  içməlidir. Bir dəfə süfrəyə oturanda yalnız  bir növ xörəyi (çörəksiz) ,  bir qab tərəvəz salatı ilə yemək olar. Qida düzülüşü qaydası mütləq belə olmalıdır: çiy su içmək, 15 dəqiqədən sonra 1 növ meyvə yemək, 30 dəqiqədən sonra 1 növ xörəyi 1 qab salatla  yemək.  Çörək böyük bəla mənbəyidir. Çörəyi tərgidə bilməyən adam onu boyat şəkildə, əsas qida kimi, salatla bərabər qəbul etsə, yaxşıdır. Üstünə kərə yağı çəkmək olar.
Daha sonra təmiz, çiy su olmasa, əvəzində ot, çiçək, yarpaq, yabanı meyvələr  dəmləmələri içmək mümkündür. Yay aylarında, ən zəngin enerji mənbəyi olan günəş işığı bol olduğu üçün, yüksək kolorili qidaların həcmini xeyli azaltmaq lazımdır. İsti havalarda süfrənin bəzəyi meyvə, tərəvəz, ağartı olmalıdır. Heyvandalıq məhsulları arasında üstünlüyü ayrana, təzə şora, təzə qatığa və duzsuz  pendirə vermək məsləhətdir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...