İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb

İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb
İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb. APA-nın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. S. Soylu deyib ki, şəhid olanlardan 31-I polis əməkdaşıdır. O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib. Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır. S. Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: "İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”. Nazir bu gün şəhid polislərdən bir neçəsinin dəfn mərasiminin keçiriləcəyini də qeyd edib.
*** 06:34 İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə "Anadolu” Türkiyə DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib. Bundan əvvəl KİV-lər 15 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdi.
***** 02.46 İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində yaralananların sayı 70-ə nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. Qeyd edək ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: "Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”. "Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, - deyə Süleyman Soylu bildirib. "Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.
***** 01.43 İstanbulda futbol stadionu yaxınlığında törədilən partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. "Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləmir.
**** 00.07 İstanbulun Beşiktaş rayonunda partlayış baş verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında, "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında baş verib. Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış çevik polis bölməsinin qarşısında törədilib. Yaralananların hamısı polis əməkdaşıdır. Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür. Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir. Hadisənin terror aktı olduğu istisna olunmur. İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir. Partlayışın "Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk etdikdən sonra baş verdiyi qeyd edilir. Hazırda RTÜK (dövlət teleradio komitəsi) tərəfindən insidentlə bağlı məlumatların yayımına qadağa qoyulub.

OXŞAR XƏBƏRLƏR

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...