İsgəndər Həmidovun Qazax yalanı- İctimai fəal nələr yazdı

İsgəndər Həmidovun Qazax yalanı- İctimai fəal nələr yazdı
Dünən mətbuatda  sabiq daxili işlər naziri İsgəndər Həmidovun Qazaxda yoxa çıxması ilə bağlı məlumat yayıldı. Bu birmənalı qarşılanmadı. Sonradan məlum oldu ki, sabiq nazir bu dəfə də yalan danışır.
 
Sabiq nazirin yalan danışıdığını Hilal cəmiyətinin sədri,  Qarabağ qazisi Arzuman Əbdülkərimov faktlarla təsdiqləyib. Qarabağ qazısı sosial şəbəkədə İsgəndər Həmidovun yalanıyla bağlı status da paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik.
 
"Dünən mətbuatda sabiq daxili işlər naziri İsgəndər Həmidovun Qazağa gedərək orada yoxa çıxması ilə bağlı məlumata rast gəldim. Bu informasiya bir Qazaxlı və eyni zamanda ictimai fəal kimi mənim diqqətimi çəkməyə bilməzdi. Açığını deyim ki, ilk andaca bunun dezinformasiya və təxribat olduğunu düşündüm. Elə də oldu. Bir müddət sonra İsgəndər Həmidov video müraciət paylaşaraq Qazağa getdiyini elan etdi, sürücüsünü və onu müşaiyət edən Murad( Qazax sakini olduğu bildirilir) adlı birini polisə apararaq təhqir və təzyiqlərə məruz qoyulduğunu bildirdi. Eyni zamanda üzünü xaricdə yaşayan”söyüşcül vətənsizlərə” tutaraq xarici dövlətlərdən bu insanların azad olunması barədə dəstək istəmələrini xahiş etdi.
Arşdırmalarım zamanı məlum oldu ki, "bəy” yaşına yaraşmayan yalanlar danışıb. Nə onun sürücüsü, nə də Murad adlı şəxs polisə aparılamyıb və hər hansı təzyiqlərə məruz qalmayıblar. 
Sadəcə Həmidova elə gəlirmiş ki, onu Qazaxda çox möhtəşəm qarşılayacaqlar. Onun düşündüyünün əksinə olaraq Qazaxda onu bir-iki adam qarşılayıb. Belə olduğu halda öz pərtliyini gizlətmək üçün yalan məlumatlar yaymağa başlayıb. Əslində başqa cür ola da bilməzdi. Çünki Qazaxlılar ağı qaradan seçməyi bacarırlar. Kimin nə yuvanın quşu olduğunu bilirlər. Əninəm ki, Qazaxlılar gələcəkdə də bu insanların məkirli planlarını pozacaqlar.
Keçək məsələnin digər tərəfinə, bildiyimiz kimi Qazax sərhəd rayonu olaraq həssas bölgədi. Niyə məhz Qazğı seçirsiniz( yeri gəlmişkən son zamanlar xaricdə məşkunlaşan söyüş şəbəkəsinin üzvü, Qazax hərbi hissəsinin keçmiş komandiri İsa Sadıqov da Qazaxla bağlı bəzi replikalar atır)?Təxribat yardaraq ermənilərin əlinə "kozır” vermək istəyirsiniz? Yox "bəy” alınmaz. Bizlər imkan vermərik.
İkinci məsələ, özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz. Amma nə edəsən, çünki Azərbaycan xalqının içərisində bütün dayaqlarınızı itirmisiniz. Ona görə də ümidiniz xarici güclərə qalıb. Özünüzə yığışın! 
Hələlik bu qədər.”
 


OXŞAR XƏBƏRLƏR

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...