İlqar Məmmədov Pənah Hüseyni erməniyə bənzətdi - QALMAQAL

İlqar Məmmədov Pənah Hüseyni erməniyə bənzətdi - QALMAQAL
 

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov Ermənistanın sabiq Baş naziri Qrant Baqratyanın bu günlərədə verdiyi açıqlamasına münasibətini bildirib.

Sfera.az xəbər verir ki, erməni Baş nazir 1992-ci ildə Azərbaycan ordusunun uğurlu hucumuna işarə edərək deyib ki, həmin il ordu Xankəndinə girirdi. Lakin Rusiyanın o zamankı baş naziri Yeqor Qaydarın Ermənistanı xilas etdiyini və hucumun qarşısını aldığını deyib.

İlqar Məmmədov yazıb ki, sabiq Baş nazirlə təmasları olub: 2002-ci ci ildə bir konfransda qrup olaraq "Ermitaja” baxmağa getdik. Orda Qrant Baqratyanla ikimiz qrupdan ayrı düşüb iki saat muzeyi dolaşıb geniş söhbət etdik. Yeqor Qaydarın Qarabağ münaqişəsində oynadığı hansısa rol haqqında mənə heç nə danışmadı, yoxsa yaddaşımda qalardı. Öz dünya görüşünə görə keçmiş Baş nazir Baqratyan bizim keçmiş Baş nazir Pənah Hüseynova oxşayır, eyni nəsil, eyni səviyyədir. Biləsiniz, yəni”.

REAL sədri deyib ki, Qaydarla ya həmin, ya da başqa konfranslarda azı iki dəfə ayrıca söhbət edib: "Məncə, Qarabağ münaqişəsində Rusiyanın strategiyasına gəldikdə, Qaydar elə də böyük rola malik deyildi. Onun vəzifəsi Rusiyada iqtisadi islahatlar həyata keçirmək idi”.

İ. Məmmədov qeyd edib ki, Qaydarın baş nazir olduğu dövrdə Moskvada tələbə olub: "Biz az qala acından öləcəkdik. Yataqxanya İtaliyadan göndərilən humanitar yardımlar gəlməsəydi, bir müddət tamamilə ac qalacaqdıq. Bu əzabı keçirmiş adam kimi öyrənmək istəyirdim ki, Qaydar necə bir adamdır?  Ölkə o vəziyyətə düşməyə bilərdimi?  Onunla söhbətlərim məndə dərin təəssüf hissi doğurdu. Elə bil o, qlobal düşüncəli adam olmaq istəyirdi, amma alınmırdı. Ölümünə yaxın isə artıq Putinin tərəfinə keçmişdi. Strasburqda bir toplantıda ona Rusiya iqtisadiyyatı ilə bağlı hansısa mülahizəmi söylədim, özündən çıxdı”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...