İlham Əliyev əlindən bərk-bərk tutub kömək istəyən qadınla bağlı göstəriş verdi - VİDEO

İlham Əliyev əlindən bərk-bərk tutub kömək istəyən qadınla bağlı göstəriş verdi - VİDEO

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Beyləqan rayonunda səfərdə olub. Beyləqanda yerli sakinlərlə görüşən dövlət başçısı onların problemlərini dinləyib.

Sfera.az bildirir ki, rayon sakini olan yaşlı qadın evinin yararsız vəziyyətə düşdüyünü və  bərpa etmək imkanının olmadığını deyərək, prezidentdən kömək istəyib.

Dövlət başçısı onun evinin hansı səbəbdən uçduğunu soruşub. Vətəndaş evin istismar müddətinin bitdiyini və köhnəldiyi üçün yararsız vəziyyətə düşdüyünü söylədikdə, dövlət başçısı ona yeni ev veriləcəyini bildirib.

"Problem qısa müddətdə həll ediləcək. Sizə Beyləqanda tikiləcək 36 mənzilli binadan ev veriləcək”, - deyən dövlət başçısı problemin həlli ilə bağlı müvafiq tapşırıq verib.

Xatırladaq ki, prezident İlham Əliyev fevralın 13-də "Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...